Neftin Azərbaycanın götürdüyü qiymətdən 10 dollar aşağı düşə biləcəyi proqnozu verildi
Neft İxrac edən ölkələr Birliyinin (OPEC) yığıncağına həftələr qalmasına baxmayaraq qrup üzvləri və qrupla birlikdə hərəkət edən digər istehsalçılar, neft qiymətlərini dəstəkləmək üçün daha güclü bir addım atılacağına dair hər hansı bir siqnal vermirlər.
"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, ancaq bəzi təxminçilər, müdaxilə olmasa, yeni bir təklif artıqlığının (neft bolluğu) gələn ilin əvvəlində qiymətləri kəskin düşməsinə səəb ola biləcəyini qeyd edirlər.
Qlobal maliyyə şirkəti "Morgan Stanley"ə görə, hazırda Londonda 62 dollar ətrafında olan Brent neftinin qiyməti, OPEC ölkələrinin hasilatı daha çox azaltmamaları vəziyyətində 30% enişlə 45 dollara geriləyə bilər.
"Citigroup Inc". və "BNP Paribas SA" neftin 50 dollarlara qədər düşə biləcəyini qeyd edirlər.
Belə bir vəziyyət Venesuela, İran və İraq hal-hazırda iqtisadi böhranlar və siyasi narahatlığın olduğu istehsalçılar üzərindəki əzyiqi artıra bilər. Eyni zamanda, bazarının geri qalanına da sıçrayaraq ABŞ-ı dünyanın ən böyük neft istehsalçılarından birinə çevirən şist nefti hasilatına da mənfi təsir edə bilər.
"Morgan Stanley"in qlobal neft strateqi Martijn Rats, "2020-ci üçün təklif artıqlığı proqnozları naməlum görünür. Ya OPEC hasilatı daha çox azaltmalıdır ya da Brent neftin qiyməti 45 dollara düşə bilər. Bu vəziyyət ABŞ şist nefti istehsalında yavaşlama da tələb edəcəkdir" deyib.
Buna qarşı "Goldman Sachs Group Inc.", "Standard Chartered Plc.", DNB ASA və SEB AB kimi banklar ABŞ-ın şist nefti istehsalındakı sürətli artımın azalması vəziyyətində, OPEC+ istehsalçılarının hasilatlarını daha çox azaltmalarına ehtiyacı olmayacağını və xam neft qiymətlərinin gələn il 60 dollar və ya üzərində qalacağını nəzərdə tuturlar.
Azərbaycan neftin dövlət büdcəsində proqnozlaşdırılan qiymətini 2020- ci ili üçün 55 ABŞ dolları götürüb. 2019-cu il üçün bu qiymət 60 dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






