Azərbaycanın turizm şirkətindən Belarus həmləsi
Azərbaycanın Belarusdakı səfirliyi ölkəmizin “Rayda” turizm şirkəti ilə birlikdə Minsk şəhərində yerləşən “Prezident” Hoteldə turizm imkanlarımıza həsr olunmuş təqdimat keçirib.
Səfirlikdən bildiriblər ki, tədbiri açan səfir Lətif Qəndilov Azərbaycan və Belarus arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Təşkil olunmuş tədbirin Azərbaycan və Belarus arasında turizm sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etməsi, xalqlarımızın bir-birini yaxından tanıması, tarixini və adət-ənənələrini öyrənməsi baxımından vacib olduğunu söyləyib.
Azərbaycanda turizm sektorunun inkişafına dövlət tərəfindən ciddi diqqət ayrıldığını və böyük investisiya qoyulduğunu bildirib. Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinə daxil olan Atəşgah kompleksi, Şəki Xan Sarayı, Qız Qalası və Şirvanşahlar Sarayı kimi tarixi abidələrlə zəngin olduğunu qeyd edən L.Qəndilov, eyni zamanda, ölkəmizin Şərqlə Qərb arasında təbii körpü olduğunu söyləyib. Azərbaycan xalqı tarixən tolerant olub. Təsadüfi deyil ki, ölkəmiz həm şərq, həm də qərb mədəniyyətini özündə cəmləşdirir.
Səfir ölkəmizdə yeni hotellərin, əyləncə mərkəzlərinin, dağ xizəkçilik komplekslərinin tikildiyini və lazımi infrastrukturun qurulduğunu söyləyib. Qısa müddət ərzində Qəbələ və Qusarda dünya standartlarına uyğun Qış turizm mərkəzləri yaradılıb. Yay turizminin imkanlarından tam istifadə olunması üçün yeni obyektlər tikilib və marşrutlar salınıb.
Azərbaycan və Belarus əhalisinin bir-birlərinin ölkələrinə olan maraqları və yaxın isti münasibətləri turizm potensialının tam istifadə olunmasını vacib edən məqamlardan olduğunu bildirib. L.Qəndilov belaruslu turistlərin daha rahat və münasib qiymətə Azərbaycanın gözəlliklərindən həzz almaları üçün qrup şəklində çoxlu sayda turların da təşkil olunmaq imkanının mövcudluğunu qeyd edib.
Səfir iki ölkə rəhbərlərinin dostluğunun xalqlarımız arasında münasibətlərin simvoluna çevrildiyini bildirib. Bu baxımdan müstəqillik dövründə yetişmiş yeni nəslin bir-birini yaxından tanımasına böyük ehtiyac var. L.Qəndilov, eyni zamanda, qeyd edib ki, iki ölkənin əhalisi arasında qurulacaq bu əlaqələri xalq diplomatiyası da adlandırmaq olar.
L.Qəndilov sonda iki ölkə arasında turizm münasibətlərinin inkişaf etdirilməsində tədbirdə iştirak edən Belarus turizm şirkətlərinin böyük rol oynaya biləcəklərini qeyd edərək, təqdimat zamanı Azərbaycanın gözəlliklərini və turistlər üçün yaradılmış şəraitlə yaxından tanış olmağı məsləhət görüb.
Səfirlik tərəfindən tədbirdə iştirak etmək üçün “Belavia” Hava Yolları şirkətinin marketinq və xarici iqtisadi fəaliyyət xidmətinin rəhbəri Radişevskaya Yekaterina və Belarus turizm assosiasiyasının rəhbəri Filip Burıy dəvət olunub.
Radişevskaya Yekaterina tədbirdə çıxışında Minsk-Bakı-Minsk reysinin son 9 ayda digər istiqamətlərə olan səfərlərlə müqayisədə sərnişinlərin sayının çoxaldığını söyləyib. Sözügedən reysə artan marağı və turistlərin sayının artacağını nəzərə alaraq, “Belavia” Hava Yolları 2020-ci ildən başlayaraq bu istiqamətdə hər gün uçuşların həyata keçiriləcəyini bildirib.
Filip Burıy isə Azərbaycan xalqının çox mehriban və xoşxasiyyətli olduğunu qeyd edərək, bütün məsələlərin şəxsi münasibətlər əsasında həll olunduğunu və bəzi xidmətlərə görə hətta ödəniş istənilmədiyini də söyləyib. O, tədbirdə iştirak edən turizm şirkətinin nümayəndələrini ölkəmizə səfərlərin təşkil olunmasında aktivlik göstərməyə çağırıb. Azərbaycanlıların rus dilində sərbəst danışdıqları üçün ora səfər edən belaruslu turistlərin ünsiyyət probleminin də olmayacağını qeyd edib.
Azərbaycanın görməli yerləri, gözəllikləri və bayram tədbirləri barədə videoçarx nümayiş etdirildikdən sonra Azərbaycanın “Rayda” turizm şirkətinin nümayəndəsi Veronika Lyubçenko tədbir iştirakçılarına Azərbaycanda olan hotellər və turistik paketlər barədə ətraflı məlumat verib.
Tədbir iştirakçıları arasında təşkil olunan lotereya oyununun 7 nəfər qalibinə Azərbaycana səfər paketi hədiyyə edilib.
Sonda “Qafqaz əfsanələri” qrupu tərəfindən Azərbaycan rəqsinin nümunələri təqdim olunub və tədbir iştirakçıları ilə birlikdə “Yallı” rəqsi oynanılıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























