13 bankın əməliyyat mənfəəti artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar "Bank Respublika", "Express Bank", "Azərbaycan Sənaye Bankı", "Rabitəbank", "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Kapital Bank", "Bank BTB", "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı", İran Milli Bankının Bakı filialı və "Naxçıvan Bank"dır. Ən yüksək dinamika "Bank Respublika"da (3,4 dəfə), ən aşağı dinamika isə "Naxçıvan Bank"da (3%) qeydə alınıb.
7 bankın - "Turan Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya", "AFB Bank", "Muğan Bank", "Nikoyl Bank" və "Günay Bank"ın isə əməliyyat mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "Günay Bank"da (66,%), ən az azalma isə "Turan Bank" və "Yapı Kredi Bank Azərbaycan"da (5,2%) qeydə alınıb.
4 bankın - Pakistan Milli Bankının Bakı filial, "Atabank", "AGBank", və "Bank of Baku"nun əməliyyat zərəri artıb. Ən yüksək dinamika Pakistan bankında (5 dəfə), ən aşağı dinaika isə "Bank of Baku"da (49,3%) qeydə alınıb.
2 bankın - "Amrah Bank" və "Bank VTB Azərbaycan"ın isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 22% və 78,4%.
3 bank - "Access Bank", "Azər-Türk Bank", və "Unibank" bu ilin 9 ayında əməliyyat mənfəəti əldə etsə də, ötən ilin eyni dövründə əməliyyat zərərinə uğrayıb, 1 bank - "NBC Bank" isə bu ilin yanvar-sentyabr aylarında əməliyyat zərəri ilə üzləşib, ötən ilin eyni dövründə isə əməliyyat mənfəəti əldə edib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
7 bank əməliyyat zərərinə uğrayıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-si bu ilin yanvar-sentyabr aylarında əməliyyat mənfəəti əldə etməyib.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "Bank VTB Azərbaycan", "Atabank", "Amrah Bank", "AGBank" və "Bank of Baku"dur. Əməliyyat zərərinin ən aşağı həddi Pakistan bankında (347 min manat), ən yuxarı həddi isə "Bank of Baku"da (35,266 milyon manat) qeydə alınıb.
Qalan 23 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən aşağı göstərici "Turan Bank"da (661 min manat), ən yuxarı göstərici isə "Azərbaycan Beynəlxalq Bankı"nda (249,669 milyon manat) qeydə alınıb.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
-
- 9 d. əvvəl
-
14 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 49 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Ən çox oxunanlar
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM





















