Çin Mərkəzi Bankı 2015-dən bu yana ilk dəfə faizi aşağı salıb
Çin Mərkəzi Bankı (PBOC), qısamüddətli açıq bazar əməliyyatlarında borclanma xərcini (faizi) 2015-ci ilin Oktyabr ayından bu yana ilk dəfə aşağı salıb.
"Marja" xəbər verir ki, Bank bu addımı, bir sıra zəif iqtisadi məlumatın ardından azalan etibarı artırmaq üçün atıb.
Belə ki, PBOC Bazar ertəsi günü yeddi günlük repo əməliyyatlarına tətbiq etdiyi faizi 2.55%-dən 2.5%-ə salıb.
Həmçinin Mərkəzi Bank, likvidlik narahatlıqlarını aradan qaldırmaq üçün maliyyə sisteminə açıq bazar əməliyyatları ilə 180 milyard yuan (26 milyard dollar) nağd vəsait ötürüb.
Bu qəradan sonra, 10 illik Çin dövlət istiqrazlarının faizi 4 bənd düşərək 3.2% ilə son bir ayın ən aşağı səviyyəsinə enib. Səhmlər göstəricisi Şanxay İndeksi 0.2% yüksəlib.
Kommersiya banklarının mərkəzi bankdan borc aldıqları zaman ödədikləri faizdə edilən bu kiçik endirim, iqtisadi artımın gələn il 6%-dən aşağı geriləyə biləcəyinə dair işarələrin artdığı bir mühitdə, rəsmilərin tətbiq etməkdə olduğu məhdud təşviq siyasətinin davam edə biləcəyinə işarə edir.
Şənbə günü, PBOC hesabatında, iqtisadi artıma risklərinə dair xəbərdarlıqlar edib, ancaq eyni zamanda yüksəlməkdə olan inflyasiyaya da diqqət çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























