Dövlət şirkətinin 1,5 faizini satıb, 25 milyard dollar gəlir götürəcəklər
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco", gələn ay ölkənin birjası "Tadawul"da keçirilməsi planlanlaşdırılan səhmlərin ilk kütləvi təklifindən (İPO) təxminən 25 milyard dollar gəlir əldə etməyi hədəfləyir.
"Marja" "Saudi Aramco"ya istinadən xəbər verir ki, fərdi və korporativ investorlara şirkətin 1,5%-lik hissəsi təklif ediləcək.
Cəmi 3 milyard ədəd səhm satışa təqdim edəcək "Saudi Aramco", ilkin məlumata görə, sərmayəçilərdən bir səhmə 30-32 Səudiyyə riyalı (8-8,53 dollar) qiymət alacaq. Beləcə, şirkətin təmin edəcəyi gəlir ən azı 24 milyard dollar, ən çoxu 25,59 milyard dollar olacaq.
Şirkətin 1,5%-inin investorlara satılacağı nəzərə alındığında, qeyd edilən qiymətlər ilə "Saudi Aramco"nun cəmi bazar dəyərinin 1,6-1,7 trilyon dollar aralığında dəyişəcəyi gözlənilir. Bu Şahzadənin 2 trilyon dollarlıq proqnozundan aşağıdır.
GƏLİR REKORDU QIRILA BİLƏR
"Saudi Aramco"nun son səhm qiymətinin 5 dekabrda açıqlanması gözlənilir. Qiymətin 8,33 dolların üzərində olması vəziyyətində isə Çinin e-ticarət nəhəngi "Alibaba"nın 19 Sentyabr 2014-də Nyu-York birjasında keçirilmiş səhmlərinin ilkin kütləvi satışından əldə etdiyi 25 milyard dollarlıq gəlir rekordu qırılmış olacaq.
"Saudi Aramco"nun 1,5% hissəsinin satışından əldə etməyi planlaşdırdığı gəlir və nəticəsində meydana gələcək bazar dəyərinin Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın hədəflərinin çox aşağı olması diqqəti çəkir. Məhəmməd bin Salman, 2016-da açıqladığı "Vizion 2030" planı daxilində, "Saudi Aramco"nun 2%-inin investorlara satılmasından 100 milyard dollar gəlir əldə edilməsinin hədəfləndiyini və şirkətin bazar dəyərinin 2 trilyon dollar olacağını açıqlamışdı.
"Vizion 2030" Planı daxilində, "Saudi Aramco"nun səhmlərinin satışından əldə ediləcək gəlir ilə Səudiyyə Ərəbistanı iqtisadiyyatının neft gəlirlərinə asılılığının azaldılması, bərpa olunan enerji başda olmaqla digər sektorlara sərmayə qoyulması və ölkənin büdcə kəsirinin azaldılması məqsədləri güdülür.
ƏN BÖYÜK İPO-LAR
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























