Trumpın qızı və kürəkəninin sərvəti açıqlandı
Ağ Evin açıqladığı məlumatlara görə, ABŞ Prezidenti Donald Trumpın qızı İvanka Trump ilə kürəkəni Jared Kushner-in cəmi sərvətləri 740 milyon dollardır.
"Marja" xəbər verir ki, yeni açıqlanan sənədlərdə Ağ Evdə akkreditə olunmuş 180-ə yaxın insanın maddi sərvətlərilə bağlı məlumatlar ictimaiyyətə açıqlanıb.
Həmin sənədlərə görə, İvanka ilə Kushnerin keçən ilki gəlirləri 195 milyon dollar təşkil edib, cəmi sərvətləri isə təxminən 740 milyon dollardır. Trump kimi (Ağ Evdəki vəzifəsindən əvvəl) özü də daşınmaz əmlak sektorunda fəaliyyət göstərən Jared Kushnerin bu sayədə ciddi bir sərvətə sahib olduğu ifadə edilir.
Digər tərəfdən, Trumpın iqtisadi sahədə "Ağ Evdəki sağ əli" hesab edilən Gary Cohn da zənginlər siyahısında yer alır.
Təkcə ötən il 75 milyon dollar gəlir əldə etdiyi bildirilən keçmiş "Goldman Sachs" sədri Cohn-un ümumi sərvətinin 611 milyon dollara çatdığı qeyd edilib.
Həmin sənədlərdə, Trumpın baş strateqi Stiv Bannon-ın keçən il 2,5 milyon, məsləhətçi Conway-ın da 1 milyon dollar məbləğində gəlir əldə etdiyi bildirilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















