BMT-dən iqlim dəyişikliyi xəbərdarlığı
Birləşmiş Millətlər Təşkilatı, qlobal istiləşmənin bu əsrdə sürətli bir şəkildə arta biləcəyi və bunun "dağıdıcı" nəticələr doğura biləcəyi xəbərdarlığını edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramı (UNEP), İspaniyanın paytaxtı Madriddə gələn həftə başlayacaq BMT İqlim Zirvəsindən əvvəl açıqladığı yeni hesabatında iqlim dəyişikliyinə dair əhəmiyyətli xəbərdarlıqlar edib.
"Marja" xəbər verir ki, UNEP, istixana qazı sıxlığının 2018-də rekord səviyyələrə çatmasının ardından qlobal istiləşmənin bu əsrdə sürətli bir şəkildə arta biləcəyi və bunun nəticəsində ortaya çıxacaq iqlim dəyişikliyinin "dağıdıcı" nəticələr doğura biləcəyi xəbərdarlığını edib.
Hesabatda, ölkələrin Paris İqlim Razılaşmasıdakı öhdəliklərini gücləndirmək məcburiyyətində olduqları 2020-ci ilə saylı günlər qalmış, 2020-ci il ilə 2030-cu il arasında qlobal istixana qazı sıxlığının hər il 7,6% azaldılması lazım olduğu vurğulanıb, əks halda, razılaşmanın 1,5 dərəcə hədəfinin reallaşdırılması fürsətinin qaçacağına diqqət çəkilib.
UNEP hesabatında, Paris İqlim Razılaşmasındakı bütün öhdəliklər yerinə yetirilsə belə qlobal miqyasda havanın tempraturunun 3,2 dərəcə artacağı, bunun da daha geniş və dağıdıcı iqlim dəyişikliklərinə gətirib çıxaracağı xəbərdarlığı edilib.
Dünya Meteorologiya Təşkilatı (WMO) yaydığı hesabatda, iqlim dəyişikliyinin ana faktorlarından atmosferdəki istixana qazı sıxlığının 2018-də rekord səviyyələrə çatdığını açıqlamışdı.
Hesabatda, 2017-ci ildə 405,5 ppm olan atmosferdəki karbon 4 oksid (CO2) konsentrasiyasının, 2018-də 407,8 ppmə çıxdığı yazılmışdı.
Hesabatda, karbon 4 oksidin atmosferdə əsrlər ilə, okeanlarda isə daha da uzun müddət qaldığı xəbərdarlığı edilmişdi.
Hesabatda, "Yeni nəsillər, yüksələn hava istiləşmələri, pis hava şərtləri, su stressi, dəniz səviyyəsinin yüksəlməsi ilə dəniz və quru ekosistemlərində pozulma kimi iqlim dəyişikliyinin gedərək daha ciddi təsirləri ilə qarşılaşacaqlar" deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
37 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 39 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

























