18 bankın depozit portfeli artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-sinin bu il oktyabrın 1-nə depozit portfeli illik müqayisədə az olub.
Bunlar "Azərbaycan Sənaye Bankı", "Atabank", "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Rabitəbank", "Bank Avrasiya", "Muğan Bank", "AGBank", "Yapı Kredi Bank Azərbaycan", "Express Bank" və İran Milli Bankının Bakı filialıdır. Ən az azalma "Azərbaycan Sənaye Bankı"nda (1,9%), ən çox azalma isə İran bankında (39,7%) qeydə alınıb.
Qalan 18 bankın depozit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (73,5%), ən aşağı dinamika isə "Amrah Bank"da (1,2%) qeydə alınıb.
5 bankın depozit portfeli 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin bu il oktyabrın 1-nə depozit portfeli 1 milyard manatdan çox olub.
Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (5 milyard 461 milyon 198 min manat), "PAŞA Bank" (3 milyard 311 milyon 614 min manat), "Kapital Bank" (3 milyard 193 milyon 557 min manat), "Xalq Bank" (1 milyard 419 milyon 798 min manat) və "Bank Respublika"dır (1 milyard 31 milyon 33 min manat).
Qalan 25 bankdan 18-də depozit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 5 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
26 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
27 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 49 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
























