Pensiya sistemində yeni dəyişikliklərin - İZAHLI ŞƏRHİ
Pensiya sistemində yeni dəyişikliklər edilib. Tanınmış iqtisadçı Vüqar BAyramov bu dəyişiklikləri şərh edib:
Sual 1. Əmək pensiyası almaq üçün yığım məbləği nə qədər olmalıdır?
Cavab 1. Yeni dəyişikliklərə əsasən pensiyada olmaq yaşı orta hesabla 12 il nəzərdə tutulduğunu və minimum pensiya məbləğinin 110 manat olduğundan tələb edilən minimum yığım məbləği aşağıdakı kimi hesablanır:
12 il X 12 ay X 110 manat= 144 X 110 manat- 15 840 manat
Deməli, əmək pensiyasının alınması üçün 15 840 manat yığım tələb edilir.
Sual 2. Əgər pensiya yaşınadək 15 840 manat yığımaq mümkün olmayıbsa o zaman pensiya almaq çıxmaq üçün həmin məbləği necə artırmaq olar?
Cavab 2. Əgər vətəndaşın pensiya yaşı tamam olubsa və onun hesabında 15 840 manat yoxdursa o zaman dəyişikliyə əsasən həmin məbləği 2 halda artırmaq mümkündür:
- Həmin şəxsin yığım hesabı açıq qalır və bu zaman həmin şəxs işləməkdə davam edib hesabına əlavə vəsait ödəyə bilər.
- Vətəndaş qalan fərqi birbaşa nağd şəkildə hesabında yerləşdirə bilər. Məsələn, pensiya yaşı tamam olan şəxsin hesabında 10 000 manat var və 5840 manat kəsir var. Bu zaman həmin şəxs özü, və ya övladı və hətta işlədiyi təşkilat belə həmin pulu ödəyərsə o əmək pensiyası almaq hüququ qazana bilir.
Sual 3. Əgər tələb edilən yığım mümkün olmayıbsa və hesaba əlavə ödəniş imkanı yoxsa bu halda əmək pensiyası ala bilərmi?
Cavab 3. Dəyişiklik bu halda istisnalar nəzərdə tutub. Əgər vətəndaş 25 il və daha çox əmək fəaliyyəti ilə məşğul olub həmin müddətdə hər az sosial ödəniş edibsə o zaman hesabında hansı məbləğin olmasından asılı olmayaraq minimum məbləğdə əmək pensiyası ala bilir. Məsələn, pensiya yaşı tamam olan vətəndaşımızın yığım hesabında 7 min manat vəsait var, amma 25 il iş təcrübəsinə malikdirsə o zaman da pensiya almaq hüququna malik olur.
Sual 4. Pensiya yaşı çatan şəxsin yığım hesabında minimum məbləğdən çox vəsait var, amma onun iş təcrübəsi 12 ildən azdır və bu zaman əmək pensiyası ala bilirmi?
Cavab 4. Yeni dəyişikliklərə əsasən 12 illik minimum iş təcrübəsi ləğv edilib. Bu baxımdan, əgər minimum məbləğ hətta 5 il ərzində yığılsa da belə həmin şəxs əmək pensiyası almaq hüququna malikdir.
Sual 5. Əmək pensiyasına pensiya yaşı tamam olmadan çıxmaq mümkündürmü?
Cavab 6. Bu hal yeni dəyişikliklərə daxil edilməyib və gözlənilir ki, növbəti dəyişikliklərdə bu nəzərə alınacaq. Bu isə o deməkdir ki, mövcud qaydalar pensiya yaşı tamam olmadan pensiya almaq hüququ vermir. Yəni, vətəndaş hətta minimum yığım məbləğini daha tez toplasa da belə pensiya yaşı tamam olandan sonra ondan istifadə edə bilər.
Sual 6. Sosial ödənişlərin neçə faizi vətəndaşın hesabında əks olunur?
Cavab 6. Yeni qaydalara əsasən, sosial ödənişlər tam olaraq, 100 faiz hesabda saxlanılacaq. Son dəyişikliklərədək ödənişlərin 50 faizi yığım hesabında əks olunurdu, digər yarısı cari xərclər üçün istifadə edilirdi.
Sual 7. 2006-cı ildən mövcud dəyişikliklərədək olan dövrdə sosial ödənişlərin yığım hesabında əks olunmayan hissəsi, yəni 50 faizi hesablara qaytaılacaqmı?
Cavab 7. Mövcud dəyişikliklərə əsasən, sözügedən müddətdə hesabda əks olunmayan vəsait 10 faiz hesabın idarəedilməsi və s. xərclər üçün çıxılmaqla digər bütün qalan hissəsi yığım hesabına əlavə ediləcək.
Sual 8. Minimumdan artıq yığımlar edən ancaq pensiya yaşı çatmamış və ya pensiya almağa başladıqdan bir müddətdən sonra dünyasını dəyişən vətəndaşların yığımları hansı hallarda onu varisinə ödəniləcək?
Cavab 8. Həmin vəsaitlərin varisə qaytarılması halları o zaman baş verəcək ki, ailədə əlilliyə görə pensiya alan, yaşı 18-ə (əyanı ali təhsil alanlar üçün 23) çatmayan övladı varsa və ya həyat yoldaşı pensiya alan şəxslər olarsa bu yığımdan faydanala biləcək. Məsələn, rəhmətə gedən ailə başçısının yüksək əmək haqqı ilə çalışıb və onun hesabında daha böyük məbləğdə vəsait yğılıb. Amma onun həyat yoldaşının pensiya məbləği aşağıdır. Bu zaman o öz pensiyasından imtina edib rəhmət getmiş həyat yoldaşının pensiyasını ala bilər.
Sual 9. Xidməti müqavilə ilə çalışanlar əmək pensiyası ala biləcəklər?
Cavab 9. Yığım hesabında vəsaitin əmək yoxsa xidməti müqaviləsi ilə toplanmasının heç bir fərqi yoxdur. Minimum məbləğ yığan şəxs pensiya hüququ əldə edəcək.
Sual 10. 25 illik iş stajı ilə bağlı istisna xidmət müqaviləsi ilə çalışanlara aiddirmi?
Cavab 10. 25 il işləyən və aylıq sosial ödənişlər edən hər bir vətəndaş əmək və xidmət müqaviləsi ilə çalışmasından asılı olmayaraq və hesabındakı vəsaitin məbləğinə baxmayaraq pensiya ala biləcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
-
34 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 41 d. əvvəl
-
48 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Ən çox oxunanlar
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir






















