Nazir Sahil Babayev iclas keçirib, tapşırıqlar verib
"Bakıda daha 2, bölgələrdə isə 6 DOST mərkəzinin yaradılması planlaşdırılır"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kollegiya iclası keçirilib.
Bu barədə "Marja"ya Nazirlikdən daxil olmuş məlumatda bildirilir.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib.
O, 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını, bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artımın ediləcəyini deyib.
Bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və Agentliyin 1 və 2 saylı Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu inovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib. 1 saylı DOST mərkəzi 65 minədək vətəndaşa xidmət edib, məmnunluq səviyyəsi 95,2 faiz olub. “Könüllü DOST” proqramına 6900 müraciət edilib, 250 könüllü işə cəlb edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanın yeni brendi kimi tanınır. Təsadüfi deyil ki, 2 saylı DOST mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev DOST xidmətinin fəaliyyətinin başqa ölkələrdə maraq doğuracağına və təcrübə mübadiləsi üçün müraciətlər daxil olacağına əminliyini bildirib.
Nazir cari ildə Bakıda daha 2 DOST mərkəzinin, həmçinin Sumqayıt şəhərində, Abşeron, Şəki, Bərdə, Quba, Sabirabad rayonlarında DOST mərkəzlərinin yaradılması üçün işlərin aparıldığını deyib.
Bildirib ki, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb. Dövlət başçısının tapşırığına uyğun olaraq bu proqramların 2020-ci idə də genişləndirilməsi təmin olunacaq. Nazirliyin məşğulluq orqanları tərəfindən 103 028 şəxs münasib işlə təmin edilib, 3168 şəxs peşə hazırlığına, 135 minə yaxın vətəndaş peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib. Ötən il 38 min ödənişli ictimai iş yerinin açılmasına imkan verən “İşsizin DOSTu” proqramı, eləcə də bu proqramın icrası sahəsində şəffaflığın təminatına yönələn işlər bu il də davam edəcək.
Əmək müqavilələrinin sayında 2019-cu ildə 153 min artımın olduğunu qeyd edən S.Babayev bu artım dinamikasının 2020-ci ildə də davam etməsinin əsas hədəflərdən olduğunu deyib. O, sosial sahədə geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sisteminin işə salındığını, bu əsasda cari ildə 200 minədək təyinatın e-qaydada aparılacağını diqqətə çatdırıb. 2019-cu ildə nazirliyin daha 13 e-arayış xidmətinin yaradıldığını və bu xidmətlərinin sayının 15-ə çatdırıldığını, 2020-ci ildə daha 15 e-arayış xidmətinin istifadəyə veriləcəyini diqqətə çatdırıb.
S.Babayev nazirliyin bərpa mərkəzlərində 10 457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərildiyini, əlilliyi olan şəxslərin 38041 reabilitasiya vasitəsi ilə təmin olunduğunu deyib. O, ötən il Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının, Protez-Ortopedik Bərpa Mərkəzinin, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini, Gəncədə Peşə Hazırlığı Mərkəzinin açıldığını, 2020-ci ildə də 10 reabilitasiya və sosial xidmət müəssisəsinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.
Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımından bəhs edən S.Babayev əsassız pensiya və əlillik təyinatlarının ləğvi, habelə geniş elektronlaşma proqramı nəticəsində büdcə vəsaitlərinə qənəat edilməsi, imtiyazlı şəxslərin mənzil və avtomobillə təminatı və digər sahələrdə əldə edilən müsbət nəticələri qeyd edib. Prezident İlham Əliyevin tapşırığına əsasən bu il daha 1500 mənzilin və fərdi evin müharibə əlilləri və şəhid ailələrinə veriləcəyini diqqətə çatdırıb.
Dövlət başçısının 30 dekabr 2019-cu il tarixli Fərmanı ilə nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılmasının məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsində müsbət nəticələr verəcəyini bildirib.
Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Fuad Heydərov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov hesabat məruzələri ilə çıxış ediblər.
Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin yekunlarına dair müşavirədə verilən tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr, cari ildə sosial sahədə aparılacaq islahatlar, habelə dövlət başçısının Fərmanı ilə nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün aparılan işlər müzakirə olunub. Nazir tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib, sosial islahatların bu il də geniş miqyasda davam edəcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























