"TuranBank"ın mənfəətində sıçrayış
"TuranBank" ASC 2019-cu ili 416 min manat mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə Bankın mənfəəti təxminən 6 dəfə artıb. Belə ki, “TuranBank” 2018-ci ili 70 min manat xalis mənfəət ilə bağlamışdı. Mənfəətin artması Bankın faiz və qeyri-faiz gəlirlərinin artmasından qaynaqlanır.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “TuranBank”ın cəmi faiz və qeyri gəlirləri 38 milyon 706 min manat, cəmi faiz və qeyri-faiz xərcləri 37 milyon 606 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 100 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 684 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb, nəticədə Bank ötən ili 416 min manat mənfəət əldə edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “TuranBank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 33 milyon 925 min manat, cəmi faiz və qeyri-faiz xərcləri 33 milyon 193 min manat, əməliyat mənfəəti 732 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 662 min manatını ehtiyatın yaradılmasına ayırdığından mənfəəti 70 min manat təşkil etmişdi.
Faiz gəlirləri 2018-ci ildə 30 milyon 931 min manat ikən 2019-cu ildə 34 milyon 912 min manata, qeyri-faiz gəlirləri 2018-ci ildə 2 milyon 994 min manat ikən 2019-cu ildə 3 milyon 794 min manata yüskəlib.
Ötən il “TuranBank”ın cəmi gəlirlərinin 4 milyon 781 min manat artması ilə parallel cəmi xərcləri də 4 milyon 412 min manat artıb. Gəlirlərin artması xərclərin artmasını üstələdiyindən bankın xalis mənfəəti 368 min manat artaraq 732 min manatdan 1 milyon 100 min manata qalxıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2019-cu il tarixində “TuranBank” 489 milyon 538 min manat cəmi aktivlərə malik olub, o cümlədən müştərilərə verilmiş kreditlər 340 milyon 233 min manat təşkil edib.
31 Dekabr 2018-ci il tarixində “TuranBank” 492 milyon 606 min manat cəmi aktivlərə malik idi və aktivlərin 313 milyon 80 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. Beləliklə, ötən il Bankın müştərilərə verdiyi cəmi kreditlər 27 milyon 153 min manat artıb. Bankın aktivlərindəki geriləmə isə “Nostro" hesabların azalması ilə bağlıdır.
Ötən ilin sonunda “TuranBank” 76 milyon 821 min manat məcmu kapitala malik olub.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2019-cu il tarixində “TuranBank” 489 milyon 538 min manat cəmi aktivlərə malik olub, o cümlədən müştərilərə verilmiş kreditlər 340 milyon 233 min manat təşkil edib.
31 Dekabr 2018-ci il tarixində “TuranBank”ın cəmi aktivləri 492 milyon 606 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 313 milyon 80 min manat təşkil etmişdi. Beləliklə, ötən il Bankın müştərilərə verdiyi cəmi kreditlər 27 milyon 153 min manat artıb.
Ötən ilin sonunda “TuranBank” 76 milyon 821 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
5 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
6 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
6 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!























