Bu oyunların Bakıda baş tutması Azərbaycana turistlər cəlb edə bilər
Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ edilir
Yanvarın 30-da Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz EMİTT 2019 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təmsil olunur.
Agentlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Fevralın 2-dək davam edəcək sərgi çərçivəsində Türkiyəni və digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı (Biznesdən-biznesə) görüşlər keçiriləcək və əməkdaşlıq imkanları qiymətləndiriləcək.
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid qeyd edib ki, Türkiyə Azərbaycan üçün prioritet bazardır və bu ölkədən gələn vətəndaşlar sayı Azərbaycana gələnlər arasında ilk pillələrdə qərarlaşır.
O diqqətə çatdırıb ki, ən vacib məsələlərdən biri bu ilin iyun ayında AVRO-2020-nin final mərhələsinin qrup oyunları çərçivəsində Türkiyə yığmasının Azərbaycanda 2 qarşılaşma keçirməsi olacaq. Bu oyunların Bakıda baş tutması türkiyəli turistlər Azərbaycana bir daha baxmaları üçün gözəl şans olacaq.
Sayca 24-cü olan EMİTT sərgisi hər il keçirilir və dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur.
2019-cu ildə sərgidə dünyanın 94 ölkəsindən 1201 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 57 mindən çox ziyarətçi qəbul edib.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən türkiyəli vətəndaşların sayı 316 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 8.6% artım deməkdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















