ABŞ-ın raket hücumundan sonra Rubl ucuzlaşıb
ABŞ-ın Suriyada həyata keçirdiyi raket hücumundan sonra Rusiya Birjası və Rubl günə dəyər itkiləri ilə başlayıb.
"Marja" xəbər verir ki, Suriyanın İdlib bölgəsində, rejimin kimyəvi qətliamına etiraz olaraq ABŞ-ın raket hücumu həyata keçirməsindən sonra, Rusiya rublu Dollar qarşısında günün ilk yarısında 1% dəyər itirərək 56,9 səviyyəsinə enib.
Moskva Birjası İndeksi (MICEX) də günün ilk yarısında 0,5% dəyər itirərək 2.044 bəndə geriləyərkən, RTS indeksi 1,5 faiz azalma ilə 1.132 bəndə enib.
Analitiklər ABŞ-ın Suriya hücumundan sonra neft qiymətlərindəki artıma baxmayaraq, qlobal risk hissinin artması səbəbindən Birja və rublda dəyər itkilərinin baş verdiyini bildiriblər.
Rusiya Prezidenti Vladimir Putin bu gün etdiyi açıqlamada, Suriyaya hücumun ABŞ və Rusiya münasibətlərinə ciddi zərər verdiyini söyləyib. Rusiya, ABŞ ilə Suriyada arzuolunmaz hadisələrin qarşısının alınması və hava əməliyyatları zamanı təhlükəsizliyin təmin edilməsi müqaviləsini təxirə salındığını bildirib.
Mütəxəssislər həmçinin, Suriyada baş verən hadisələr səbəbindən neft qiymətlərindəki yüksəlişin müvəqqəti olduğunu bildirərək, gərginliyin daha artmaması halında qiymətlərin yenidən normal axarına qayıdacağını qeyd edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
39 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 55 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib


























