“Baku Lüks Tikinti”yə kütləvi etiraz
Bakıda bir qrup sakin yaşadıqları binanın qarşısında elektrik yarımstansiyasının tikintisinə etiraz edir.
Məlumata görə, onlar bununla bağlı Baş Prokuror Zakir Qaralova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıblar.
Bakı şəhər Xətai rayonu, Natiq Əliyev küçəsi 3 E ünvanında yaşayan şikayətçilər ərizələrində bildiriblər ki, binaları 2 girişli və 135 mənzillidir.
Onlar “Baku Lüks Tikinti” MMC tərəfindən 2017-ci ildə pilot layihə kimi Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 10 ünvanında yerləşən 2 mərtəbəli, 42 mənzilli evin sökülərək yerində 2 girişli 16 mərtəbəli binanın inşa edildiyini diqqətə çatdırıblar.
Sakinlər qeyd ediblər ki, yaşadıqları ərazidə kifayət qədər sərbəst sahələri olsa da, baş plana əməl etmədən Dövlət Şəhərsalma norma və qaydaların 9.13 bəndini kobud sürətdə pozaraq onların binalarının qabağında 5 metrlik məsafədə elektrik yarımstansiyası tikməyə başlanılıb: “Halbuki həmin qaydaların müvafiq bəndində göstərilir ki, ayrıca duran paylayıcı və hər birinin gücü 10 kubmetr kV.A-da qədər və sayı 2-dən çox olmayan transformatorlardan ibarət 6-20 kV gərginlikli transformator yarımstansiyaları yerləşdirilərkən, səsdən mühafizə tədbirləri yerinə yetirilməklə, onlardan yaşayış və ictimai binaların pəncərələrinə qədər məsafə 10 metrdən, müalicə-profilaktika müəssisələrinə qədər isə 15 metrdən az qəbul edilməməlidir”.
“Cinayət Məcəlləsinin 222.1-ci maddəsində göstərilib ki, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratması cinayət əməlidir və həmin vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”, - ərizədə bildirilir.
Sakinlər onların həyatı üçün təhlükənin yarandığını vurğulayıblar: “Dəfələrlə müraciət etməyimizə baxmayaraq, tikinti şirkətinin rəhbərliyi bizim müraciətlərimizə əhəmiyyət verməyib”.
Binanın sakinləri qanunsuz hərəkətlərin qarşısının alınması, əhalinin sağlamlığına təhlükə yaradan işlərin dayandırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini barədə aidiyyatı qurumların göstəriş vermələrini xahiş edirlər.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 d. əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
-
- 30 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
1 saat əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Ən çox oxunanlar
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı






















