Bank təmir şirkəti axtarır
(®) "Yelo Bank" yeni konseptdə daha bir filialın açılması üçün tender keçirir
"Yelo Bank" ASC Bakı şəhəri Qara Qarayev pr. 25/29 ünvanında yerləşən filialının təmiri üçün açıq tender keçirir.
Bankın yaydığı elanda deyilir ki, birmərtəbəli filialın binası 327 kvadratmetrdən ibarətdir.
Tender iştirakçılarına bank tərəfindən təmir ediləcək sahənin planı təqdim ediləcək.
İştirakçıların seçimi aşağıda qeyd edilmiş bəndlər əsasında aparılacaq:
- Təklif edilən qiymət;
- Təmirin tam icra edilmə müddəti (2 ay);
- Təmir işlərinin filialın fəaliyyəti pozulmadan aparılmalıdır;
- İstifadə ediləcək materialların keyfiyyəti;
- Sifarişçiyə görülmüş işlərin nəticəsi barədə həftəlik hesabatın verilməsi.
Qeyd edək ki, təmir işləri 2020-ci ilin martın 10-da başlamalıdır. Tender proseduru 2020-ci ilin fevralın 28-də yekunlaşacaq. Son tarixə kimi banka aşağıdakı məlumatlar təqdim edilməlidir:
- Tenderdə iştirak üçün yazılı müraciət;
- İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
- Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- İki nüsxədə Azərbaycan və rus dillərində təklif (istifadə olunacaq materialların istehsalçı ölkə barəsində məlumat);
- İnzibati binanın təmir edilməsi üçün tələb olunan vaxt.
Sənədlər tender təklifi ilə birlikdə 2020-ci ilin fevralın 28-i saat 17:00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin 30 ünvanında yerləşən baş ofisinə təqdim edilməlidir.
Yaranacaq bütün sualları cavablandırmaq üçün aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:
Fərid Mahmudov (+99450 363-97-42)
Azər Cəfərov (+99450 312-27-07)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 21 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























