Azərbaycanda ixracın təşviqi mexanizmi sadələşdirildi
Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda sadələşdirmələri nəzərdə tutan qərara izah verib.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, ixracın stimullaşdırılması və təşviqi ilə bağlı görülən kompleks işlər nəticəsində qeyri-neft məhsullarının ixracı dəyər ifadəsi ilə 2016-cı illə müqayisədə ümumilikdə 36,5 faiz artaraq 2018-ci ildə 1,7 milyard ABŞ dolları təşkil edib, 2019-cu ilin yanvar-avqust aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 15,1 faiz artıb.
Sahibkarlardan daxil olan müraciətlər və beynəlxalq təcrübə göstərir ki, ixrac təşviqinin ödənilməsi prosedurunun sadələşdirilməsinə ehtiyac vardır.
Bununla əlaqədar, yuxarıda adıçəkilən Qərarla təsdiq edilmiş Qaydaya dəyişiklik edilib.
Qərarda ixrac təşviqinin ödənilməsi üçün ərizəyə əlavə edilməli olan nəqliyyat sənədində təyinat ölkəsinin gömrük orqanının qeydlərinin olması tələbinin ləğv edilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən imzalanmış “məktub-sərəncam”ların elektron poçt vasitəsilə də Maliyyə Nazirliyinə təqdim edilməsi qeyd olunub.
Qərarın qəbul edilməsi nəticəsində ixracın təşviqi mexanizminin sadələşdirilməsi və sürətləndirilməsi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























