Bazarlarda "qara bazar ertəsi": Neft və səhmlər çökdü, ABŞ istiqrazları bahalaşdı
Beynəlxalq bazarlarda neft qiymətləri kəskin düşüb, səhmlər güclü ucuzlaşıb, pul vahidləri və istiqrazlarda sərt hərəkətlər görülür.
Marja xəbər verir ki, beynəlxalq bazarlarda neft qiymətlərindəki çox sərt enişin dərhal ardından panika havası hakim olub.
Standart & Poor's 500 (S&P 500) indeksi 5% düşüb və indeks alt sərhədə düşməsinə görə əməliyyatlar dayanıb.
Yaponiya birjasında səhmlər 6 ucuzlaşıb və İngiltərədə FTSE 100 indeks 7%-dən çox geriləyib.
Pul vahidlərində ucuzlaşmalar baş verib və treyderlər əməliyyat aparmaqda çətinlik çəkirlər.
Ölkə istiqrazlarının faizləri yeni aşağı səviyyələrinə enib və ABŞ-ın 10 illik istiqrazının faizində böyük geriləmə görülüb.
"Qara bazar ertəsi" olaraq da xarakterizə edilə biləcək həftənin ilk günündə gözə dəyən hərəkətlər:
- ABŞ-ın 10 illik istiqrazlarının faizi ilk dəfə 0.5%-dən aşağı, 30 illiklərinin faizi də 1%-dən aşağı düşüb.
- Brent nefti 30%-dən çox ucuzlaşıb və 31 dolları görüb. Bu, 1991-dəki Körfəz müharibəsindən bu yana ən kəskin ucuzlaşmadır.
- Norveç kronu dollar qarşısında 1980-lərdən bu yana ən aşağı səviyyəsinə enib.
- Meksika pesosu 7%-dən çox dəyər itirib.
- Avstraliya və Yeni Zelandianın 10 illik istiqrazlarının faizləri yeni rekord aşağı səviyyələrə geriləyib.
Yapon yeninin qiyməti 2016-dan bu yana ən yüksək səviyyəsinə qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 14 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















