Türkiyənin daxili işlər naziri istefa verdi - PREZİDENT MƏNİ BAĞIŞLASIN...
Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsindən istefa verib.
Marja xəbər verir ki, Soylu bu barədə Twitter səhifəsindən açıqlama yayıb.
Nazir bildirib ki, həftəsonu ölkədə komendant saatının epidemiyanın qarşısının tamamilə alınması üçün tətbiq edilməsi bütün məsuliyyəti ilə ona aiddir. Hətta məhdud saatların əvvəlində qeydə alınan görüntülər (iğtişaşlar, marketlərdə sıxlıq-red), mükəmməl idarə olunan bu prosesə uyğun gəlməyib.
“Bütün təcrübə və məsuliyyətlərimizi yaşadığımız bu tədbir belə görüntülərə səbəb olmamalı idi. Bu, vicdanla, həftə sonu epidemiya və yoluxmanın dayandırılması üçün atılan bir addım idi. Heç vaxt zərər vermək istəmədiyim əziz millətim, ömrümün sonuna qədər sadiq qalacağım Prezidentim məni bağışlasın. Mən şərəflə icra etdiyim Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tərk edirəm”, - deyə nazir bildirib.
Türkiyədə koronavirus tədbirləri daxilində 31 bölgə üzrə qəfil qəbul edilən komendant saatı qərarı böyük mübahisələrə səbəb olub.
Aprelin 10-da Türkiyənin 31 şəhərində komendant saatı elan edildikdən sonra sakinlər dükan, çörək mağazaları, marketlərə qaçıb, nəticədə sıxlıq yaranıb. Bu isə infeksiyanın bir neçə saat ərzində sürətlə yayılmasının təsir göstərə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 6 d. əvvəl
-
18 d. əvvəl
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində Anlaşma Memorandumu imzalanıb
- 24 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Ağdamda da "İrşad" mağazası istifadəyə verilib
Vüsal Qasımlıya müavin təyin edilib
Rəsmi məzənnələr açıqlandı
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Ən çox oxunanlar
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb






















