“Qala Həyat” 1-ci rüb üzrə göstəricilərini açıqladı
“Qala Həyat” sığorta şirkəti cari ilin birinci rübünün yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Marja verilən məlumata görə, şirkət cari ilin 1-ci rübündə mövqeyini daha da gücləndirərək peşəkar satış komandasının fəaliyyəti nəticəsində korporativ və fərdi müştərilərdən ümumilikdə 2 629 713 manat həcmində sığorta yığımı əldə etmişdir ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 55 739 manat və ya 2,2% çoxdur.
Hesabat dövründə şirkətin müştərilərinə ödədiyi sığorta ödənişlərinin həcmində də atım qeydə alınmışdır. Belə ki, cari ilin ilk üç ayında müxtəlif sığorta hadisələri üzrə “Qala Həyat” tərəfindən müştərilərə 1 450 265 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir. 2019-cu ilin I rübündə isə bu rəqəm 637 833 manat təşkil etmişdir. Cari ilin birinci rübünə olan göstərici ilə müqayisədə ödənişlərin həcmi 812 432 manat və ya təxminən 2,3 dəfə çox olmuşdur. Bu göstərici tamamilə “Qala Həyat”ın Yaşam Sığortası Qala Həyat tərəfindən verilən sığorta ödənişləri müvfiq qanunvericiliyə uyğun olaraq vaxtında və opertaiv qaydada həyata keçirilmişdir.
“Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
35 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
56 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























