Azərbaycan mehmanxana və restoranlarda yeni proqram tətbiq edəcək
Turizm sənayesində sanitariya və gigiyeniya normaları ilə bağlı proqram hazırlanıb - SAHMAN
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin edərək bizneslərin rəqabət qabiliyyətinin artırılması məqsədilə xüsusi proqram – Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN - Safety and hygiene methods and norms) hazırlanıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, COVID-19 pandemiyasının dünya üzrə ən çox mənfi təsir etdiyi sahə olaraq turizm yeni formalaşma dövrünə daxil olub. Yaranan hazırkı vəziyyətdə dünya turizmindəki yeni çağırışlar gigiyena və sanitariya qaydalarına xüsusi diqqət verilməsini və yeni standartların tətbiq olunmasını zəruri edir.
SAHMAN proqramının əsas məqsədi də ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır.
Proqram turistləri COVİD-19 tipli nəfəs yolu xəstəliklərindən qorumaq üçün sənaye nümayəndələrini qabaqlayıcı tədbirlər kimi sanitariya və gigiyena tövsiyələrinə əməl etməyə çağıraraq, həm də gələcəkdə baş verə biləcək hər hansı bu növ xəstəliklərlə mübarizədə uğurlu təcrübə formalaşdırmaq məqsədini daşıyır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, bu proqram Azərbaycanın post-pandemiya turizminin rəqabət qabiliyyətini artırmaq üçün hazırlanıb. Fuad Nağıyev layihənin digər dövlət qurumları ilə koordinasiyada hazırlandığını, BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən dəstəkləndiyini bildirib. O qeyd edib ki, proqramın icrasına nəzarət üçün yerli və xarici mütəxəssislər tərəfindən mütəmadi olaraq monitorinqlər aparılacaq.
Qeyd edək ki, yerli sənaye nümayəndələri könüllü olaraq SAHMAN proqramına qoşulmaqla müvafiq dövlət orqanları tərəfindən müəyyən edilmiş mövcud standartlara əlavə olaraq bu proqramın da tələblərinə riayət etmək öhdəliyini qəbul edəcəklər.
Proqram dövlət-özəl tərəfdaşlığına əsaslanaraq təhlükəsizlik, şəffaflıq, sosial məsuliyyət, ədalətlilik, inklüzivlik, əməkdaşlıq və təbliğat kimi vacib prinsiplər rəhbər tutulmaqla həyata keçiriləcəkdir.
İlikin mərhələdə proqram yerləşdirmə (mehmanxana və mehmanxana tipli müəssisələr), ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni zamanda turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiqi nəzərdə tutulub.
Dövlət Turizm Agentliyi tərəfindən SAHMAN proqramına qoşulan sənaye nümayəndələrinə təlimlərin keçirilməsi, zəruri ləvazimatlarla təminat, marketinq və brendinq kimi istiqamətlərdə dəstək veriləcək, proqram çərçivəsində tələb olunan əlavə sanitariya və gigiyena tədbirlərinə yönəldilən xərclərinin bir hissəsi ehtiyaca uyğun olaraq qarşılanacaq.
SAHMAN proqramı onlayn qeydiyyat, onlayn və yerində keçiriləcək təlimlərdə iştirak və sertifikatlaşdırma, müvafiq nişanlanma ilə təmin edilmə, monitorinq və yoxlama kimi dörd əsas mərhələ üzrə həyata keçiriləcək. Daha ətraflı məlumat yaxın günlərdə təqdim ediləcək www.sahman.az saytında yerləşdiriləcək.
Proqramın icrasının monitorinqinə beynəlxalq PwC şirkəti dəstək verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
8 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
20 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixindək bağlı qalacaq - QƏRAR
-
37 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 45 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
2 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 2 saat əvvəl
Son Xəbərlər

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
