“Azərsun” daha çox himayə istəyir
“Azərsun Holdinq” Azərbaycan hökumətinin son proteksionizm siyasətini dəstəkləyərək daha çox yerli məhsulların himayə olunmasını istəyir.
“Marja”nın məlumatına görə, Bakıda keçirilmiş “Caspian Energy Forum”da “Azərsun Holdinq”in Baş direktoru Savaş Uzan bildirib ki, hökümət spesifik idxal rüsumunu tətbiq etdiyi malların siyahısını artırmalıdır:
“Spesfik rüsumlar mövzusuna toxunmaq istəyirəm. Spesifik rüsumlar yerli istehsal olan bir çox məhsulların xarici analoqlarına tətbiq edilib. Lakin bir sıra yerli məhsulların xarici analoqlarına tətbiq edilməyib. Həmin məhsullar ilə bağlı təkliflərimiz var və bununla bağlı olaraq İqtisadiyyat Nazirliyinə və Dövlət Gömrük Komitəsinə müraciət etmişik”.
Bundan əvvəl “Azərsun Holdinq”in İdarə Heyətinin sədri Abdollbari Goozal, Ukraynadan idxal olunan şəkər tozu idxalına spesfik gömrük rüsumunun tətbiq edilməsini istədiklərini bəyan etmişdi.
Qeyd edək ki, proteksionizm (himayəçilik) milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
14 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
17 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
21 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 28 d. əvvəl
-
31 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
34 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
35 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 39 d. əvvəl
- 45 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı


























