600 min bank kartı sifariş verilib
“May ayı üzrə ödənişlə bağlı vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir, onlar kartlarını əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini alacaqlar”.
Marja xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində birdəfəlik ödəmə proqramından danışarkən deyib.
Onun sözlərinə görə, ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, ondan artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib:
“Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəlib ki, o insanlar işsiz və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırlar. Məqsəd ondan ibarət idi ki, ilk növbədə məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməkliyini etsin. Belə də oldu.
İlk vaxtlar “Məşğulluq” altsistemində işsiz və işaxataran kimi qeydə alınmış 200 min insan üçün nəzərdə tutulan proqramın əhatə dairəsi dövlət başçısının humanist siyasəti nəticəsində 3 dəfə genişləndi və 600 minə çatdırıldı.
Aprelin 17-də Prezident İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda tapşırıq verdi ki, 200 min əvəzinə, 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməlidir.
Birdəfəlik ödəmə üçün bütün müraciətlərin qəbulu, emalı və ödəmə təyin olunub-olunmamasına dair qərarların qəbulu, nəticə barədə vətəndaşların məlumatlandırılması - bütün bu proseslər elektron qaydada, tam şəffaf şəkildə aparıldı. Aprelin 7-də Nazirlər Kabineti tərəfindən müvafiq qərar təsdiq edildikdən və müraciətlərin qəbuluna başlandıqdan 2 gün sonra, aprelin 9-dan birdəfəlik ödənişlərin həyata keçirilməsinə başlandı. Bu proses demək olar ki, bir aydan az bir müddətdə yekunlaşdı və 600 min işsiz və xüsusi karantin rejiminə görə qazancını itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşa ödəniş olundu”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 8 d. əvvəl
-
- 47 d. əvvəl
-
57 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
15 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Pezeşkian Əliyevə zəng edib
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Ən çox oxunanlar
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var








.jpg)








