Bakıda yeni bank filialı fəaliyyətə başladı
(®️) Bank BTB yeni - Azadlıq filialının açılışını qeyd edib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, ş əhərin mərkəzində - Bakıxanov küçəsi, Azadlıq prospekti 128 P ünvanında fəaliyyətə başlayan filialın açılmasında məqsəd müştərilərin bankın xidmət və məhsullarına əlçatanlığını təmin etməkdir.
Qeyd edək ki, filial müasir standartlara cavab verən avadanlıqlarla və yeni interyer dizaynla təchiz olunub, yüksək xidmətin göstərilməsi üçün uyğun şərait yaradılıb.
Burada müştərilərə kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların satışı, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətləri göstəriləcək. Həmçinin, AKİA və SİF hesabına biznes kreditləri, eləcə də, MİDA xətti ilə güzəştli ipoteka kreditlərinin verilməsi də nəzərdə tutulub.
Filialın açılış tədbirində işçilərin və müştərilərin sağlamlığının qorunması məqsədi ilə Koronavirus (COVID-19) infeksiyasına qarşı bütün profilaktik tədbirlər nəzərə alınmışdır. Belə ki, virusun yayılma ehtimalını nəzərə alaraq, açılış mərasimi həmişəki tədbirlərdən fərqli formatda keçirilmişdir. Həmçinin, işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla (spirt tərkibli məhlul) təmin olunmuş, eləcə də, müraciət edən müştərilərin qəbulu ara məsafənin saxlanılması ilə həyata keçirilmişdir. Tətbiq olunan bir sıra sosial izolyasiya tədbirləri virusun ölkədə yayılma ehtimalının qarşısını almağa xidmət edir.
Karantin qaydalarına riayət etmək məqsədilə filialın açılışına məsafədən qoşulan Bank BTB-nin İdarə Heyəti Sədrinin birinci müavini Rüfət Abbasov əməkdaşları təbrik edərək bildirib: “Yeni filialda biznesin bütün istiqamətləri üzrə sahibkarlıq subyektlərinə dəstək olunacaq, əhaliyə müasir bank məhsulları sərfəli şərtlərlə təqdim ediləcəkdir. Məqsədimiz müştərilərin maliyyə ehtiyaclarını müasir tələblərə uyğun yüksək səviyyədə qarşılamaqdır”.
Azadlıq filialı həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimi müştərilərin xidmətində olacaq.
Məlumat üçün bildirək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.
Bankın hər hansı məhsul, xidmət və kampaniyaları ilə bağlı sualı olan müştərilər genişlənən xidmət şəbəkəsi ilə yanaşı Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 12 d. əvvəl
-
-
15 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
37 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















