"Exxon" Azərbaycanın layihələrindəki paylarının satış prosesini bərpa edib

Dünyanın ən böyük neft-qaz şirkətlərindən biri sayılan ABŞ-ın "ExxonMobil" şirkəti Azərbaycandakı aktivlərinin ("Azəri-Çıraq-Günəşli" (AÇG yataqlar bloku və Bakı-Tbilisi Ceyhan (BTC) neft boru kəməri) satış prosesini bərpa edib. Bununla bağlı olaraq şirkət bazarda marağın öyrənilməsi prosesinə başlayıb.
Bunu "Reuters"ə "ExxonMobil"in sözçüsü Culiya Kinq deyib.
Onun sözlərinə görə, "ExxonMobil" istehsal portfelini davamlı olaraq dəyərləndirir və "əgər digər şirkətlər bu aktivlərdə daha çox dəyər tapsalar, aktivlər satılacaq".
Şirkətin aktivlərinin satış prosesi "America Merrill Lynch" bankı tərəfindən idarə olunur.
Bazarda olan mənbələrin sözlərinə görə, bir sıra Asiya milli neft şirkətləri, o cümlədən Çinin "China National Offshore Oil Company", Hindistanın ONGC və İndoneziyanın "Pertamina" şirkətləri müqaviləni əvvəlkindən daha aşağı qiymətə bağlamağı ümid edərək, son zamanlarda satılan aktivlər paketinə maraq göstərib.
Bundan əlavə, mənbələr qeyd edir ki, "ExxonMobil"in aktivlərinin dəyəri "Chevron" şirkətinin 1,57 mlrd. ABŞ dollarına Macarıstanın MOL şirkətinə satdığı Azərbaycandakı aktivlərindən daha aşağı səviyyədə qiymətləndirilir.
Qeyd edək ki, "ExxonMobil" Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunda 6,79%-lik paya, "BTC Co."da isə 2,5%-lik paya malikdir.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG(SOCAR) – 25,00%, “MOL” – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
-
27 d. əvvəl
"Bank of America": Qızılın kəskin bahalaşması dövrü sona çatır- XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 57 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank Elm və Təhsil Nazirliyi ilə birgə Müəllimlər Gününü qeyd etdi
-
11 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
11 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"Atasığorta"nın kapitalı kəskin azaldılır

İri bank qızılın qiyməti üzrə proqnozunu daha da artırdı

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
Ən çox oxunanlar

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
