Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
FED-in bank sektorunda böhranın daha dərin olacağına dair məlumatları, dollara olan tələbi artırıb. Avro, Funt, Lirə və BTC təzyiq altında.Beynəlxalq valyuta birjalarında çərşənbə günü yayımlanan FED-in toplantı protokolunda bankların daha çox risk altında olduğunu vurğulanması, Amerikanın SP kimi fond indekslərinin ucuzlaşmasına səbəb olmaqla yanaşı, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də bahalaşmasına səbəb olub.
Nəticədə avro və funtun qiymətlərində də ucuzlaşma müşahidə edilir. Təhlillərə əsasən, avro 1.09, funt sterlinq isə 1.21$-a kimi ucuzlaşa bilər.
İngiltərədən açıqlanacaq göstəricilər önəmli olacaqdır.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30-da İngiltərənin sənaye və xidmət sektorlarında dair yayımlanacaq önəmli fundamental göstəricilər həm məzənnələrə, həm də sabah Avrozonadan açıqlanacaq göstəricilər fonunda ehtimallara təsiri baxımından önəmli olacaqdır.
TCMB-dən faiz qərarı və USD/TRY.
Bu gün saat 15:00-da Türkiyə Mərkəzi Bankı tərəfindən dərc ediləcək faiz qərarı da investorların diqqət mərkəzindədir. USD/TRY məzənnəsi isə 6.84TL-ni qırarsa, yenidən bahalaşmağa başlaya bilər.
Dollarda bahalaşma, Bitkoində ucuzlaşmaya səbəb olub.
Kriptovalyuta birjalarında isə dolların bahalaşması, Bitkoinin ucuzlaşmasına səbəb olub. Lakin 9327$-da yenidən dəstək görən qiymət, sözügedən səviyyənin üzərində qaldıqca, 9700$-a kimi bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
-
17 d. əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
1 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var





















