“Embafinans”ın xalis mənfəəti kəskin artıb
Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun maliyyə nəticələrini dərc edib. Maliyyə hesabatlarına “PraysvoterhausKupers Audit Azərbaycan” şirkəti (PwC Azerbaijan) rəy verib.
Marja maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Embafinans” QSC 2019-cu ili 3 milyon 252 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə ötən il təşkilatın xalis mənfəəti 1 milyon 425 min manat və ya 78% artıb.
10 MİLYON MANATA YAXIN FAİZ GƏLİRİ
Xalis mənfəətin artması “Embafinans”ın gəlirlərinin artmasından qaynaqlanır. 2019-cu ildə 2018-ci illə müqayisədə təşkilatın faiz gəlirləri 3 milyon 34 min manat və ya 44% artaraq 9 milyon 919 min manat təşkil edib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏRDƏ BÖYÜK ARTIM
Faiz gəlirlərinin artması da müştərilərə verilən kreditlərin artmasından qaynaqlanır. Ötən il “Embafinans”ın kredit portfeli 11 milyon 555 min manat və ya 49,3% artaraq 34 milyon 989 min manata yüksəlib.
2018-ci illə müqayisədə 2019-cu ildə “Embafinans”ın cəmi aktivləri 12 milyon 437 min manat və ya 42% artaraq 42 milyon 83 min manata çatıb.
Ötən il “Embafinans” banklardan vəsait cəlb edərək və istiqraz emissiya edərək öhdəliklərini artırıb. Ötən il təşkilatın cəmi öhdəlikləri 10 milyon 686 min manat və ya 69,1% artaraq 26 milyon 149 min manata yüksəlib.
31 Dekabr 2019-cu il tarixində “Embafinans” 15 milyon 933 min manat cəmi kapitala malik olub.
"Embafinans" mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını, əsasən də mebel və məişət texnikası mağazalarının məhsullarını kreditləşdirir. 2018-ci ildən başlayaraq "Embafinans" biznes kreditləri də təklif etməyə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
-
19 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
41 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















