SOCAR AQŞ-nin təşəbbüsü ilə Respublika Gününə həsr olunmuş vebinar təşkil olunub
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibəti ilə neftçilər, ziyalılar, millət vəkilləri, səfirlər və istedadlı gənclər bir araya gəldilər28 may 2020-ci il tarixində SOCAR AQŞ-nin təşəbbüsü və iştirakçılığı ilə ‘’Qürur mənbəyimiz olan Azərbaycan Xalq Cümhuriyyəti: 102-ci yubileyin mübarək!’’ adlı vebinar təşkil olunub.
İlk olaraq, virtual tədbir iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər.
Tədbir iştirakçılaını salamlayan SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev bildirdi ki, COVİD-19 pandemiya dövründə SOCAR AQŞ mütərəqqi virtual ofis sistemleri vasitəsilə dənizdə, quruda, istehsalat sahələrində çalışan, evdə olan bütün əməkdaşlarını və cəmiyyətimizin tanınmış ziyalılarını bir araya gətirərək Respublika Gününü qeyd edir:
‘’Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi və milli dövlətçilik şüurumuzun zənginliyinin və gücünün təntənəsi idi. Azərbaycanın dahi fikir adamları XİX əsrdə və XX əsrin əvvəlində fədakarlıqla çalışaraq Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarını işləyib hazırladılar və nəticədə 1918-ci ilin 28 may tarixində demokratik respublikamızın qurulmasına nail oldular.Bu şanlı tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirərək onun heç vaxt işğalla barışmayacağına ciddi zəmin yaratdı. Bu gün gənc nəslin Respublika Gününü xüsusi coşğu ilə qeyd etməsi hər birimizdə iftixar hissi doğurur və dövlət müstəqilliyimizin əbədi olacağına əminlik yaradır!’’
Vebinarda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, Sabir Rüstəmxanlı və Anar İsgəndərov panel müzakirəsində çıxış edərək Azərbaycan Demokratik Respublikasının qət etdiyi şanlı tarixdən geniş söhbət açdılar.
Deputat Məlahət İbrahimqızı çıxış edərək bildirdi ki, Cümhuriyyət banilərinin apardığı xarici siyasət sayəsində Paris Sülh konfransının iştirakçı dövlətləri Azərbaycanın müstəqilliyini tanımağa məcbur oldu. ‘’Beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmağımız sonradan Azərbaycanın SSRİ tərkibində respublika kimi mövcud olmasına da şərait yaratdı. Əks təqdirdə, biz bu gün Rusiya Federasiyasının Başqırdstan, Tatarstan kimi muxtar subyektlərindən biri idik’’.
Millət vəkili Qənirə Paşayeva çıxış edərək Cümhuriyyət liderlərinin fədakarlığı, siyasi iradəsi və vətənpərvərliyi ilə ərsəyə gələn tarixi uğurlardan geniş söhbət açdı. ‘’Bu gün bizdən çox şey asılıdır: biz özümüz tariximizi necə bilirik və onu gənc nəsilə necə öyrədirik. Hər bir AXC liderinin həyat və fəaliyyəti dərindən öyrənilməli və şövqlə aşılanmalıdır. Mən Cümhuriyyət bağının yaradılması təklifi ilə tez-tez çıxış edirəm. Əminəm ki, belə bir bağ xalqımız üçün müqəddəs yerlərdən birinə çevriləcəkdir!’’
Daha sonra çıxış edən görkəmli ziyalımız Sabir Rüstəmxanlı 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının qəbul olunmasının lehinə səs verən deputatlardan biri olduğundan qurur duyduğunu və bu gün dinamik inkişaf edən müstəqil Azərbaycanda yaşamağından çox xöşbəxt olduğunu bildirdi. ‘’AXC-nin bərqərar etdiyi demokratik dəyərlər sistemi, dövlət quruculuğu ənənəsi bütün türk-müsəlman dünyasına verilən böyük töhfədir. Bu şərəfli tarixi bizlərə yaşatdığına görə Cümhuriyyət banilərinə sonsuz ehtiramımızı hər an sərgiləməliyik!’’
AXC tarixini araşdıran tədqiqatçı, tarix elmləri doktoru, professor, millət vəkili Anar İsgəndərov geniş təqdimatla çıxış edərək bir çox maraqlı faktları tədbir iştirakçıları ilə bölüşdü. ‘’Cəmi 23 ay ömür sürən AXC tariximizə onlarla ilklər bəxş etdi. İstiqlal Bəyannaməsı siyasi sənəd kimi neçə millətlərə nümunə oldu, 11 fraksiyadan ibarət parlamentdə milli azlıqlara iştirak hüququ verildi, qadınlara seçki hüququ verildi, hər bir vətəndaşa milli sərvətlərdən istifadə təminatı verildi, ictimai xidmətlər hər kəs üçün əlçatan oldu!’’
Millət vəkili Hikmət Babaoğlu çıxış edərək bildirdi: ‘’Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanın zəngin dövlət quruculuğu ənənəsi var. Xalq Cümhuriyyətinin siyasi varisi olaraq, 23 ayda yarımçıq qalmış ideyaları bu gün müstəqil Azərbaycan dövləti uğurla həyata keçirməkdədir’’.
Daha sonra çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri cənab Erkan Özoral və Türk Dövlətlərinin Parlamentlər Birliyinin Xarici Əlaqələr üzrə Baş koordinatoru, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hülusi Kılıc Azərbaycan xalqını Cümhuriyyət günü münasibəti ilə təbrik edərək bir millət, iki dövlət devizinin önəmindən irəli gələn əzəli və əbədi qardaşlıqdan danışdılar.
Vebinarın 2-ci hissəsində şanlı tariximizin gənc nəsilə aşılanması istiqamətində aparılan işlərdən söhbət açıldı. Bu dəfəki tədbirə qoşulan Ankara Ali Kuşçu adına ibtidai məktəbinin 3-cü sinif şagirdləri dahi Azərbaycan şairləri Səməd Vurğunun və Məmməd Arazın şeirlərindən ibarət maraqlı kompazisiya ilə çıxış edərək Azərbaycan xalqını bayram münasibəti ilə təbrik etdilər. Tədbirdə həmçinin SOCAR AQŞ-də çalışan işçilərin övladları arasında keçirilən ‘’Şanlı Cümhuriyyətim mənim!’’ adlı rəsm müsabiqəsinin qaliblərinin əl işlərinin virtual nümayişi keçirildi.
Tədbirin sonunda yekun nitqi söyləyən Baş direktor Ramin İsayev bildirdi ki, bugünkü təqdimatlar sübut edir ki, 28 may tarixi doğrudan da bütün bayramlarımızın zirvəsində yer alan qəhrəmanlıq salnaməsidir və İnsanlara Hürriyyət, Millətlərə İstiqlal maarifçi-insanpərvər dünyagörüşü ilə millətimizi inkişafa doğru aparır. Biz əminik ki, ‘’Bir daha yüksələn bayraq bir daha enməyəcəkdir!’’.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
16 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 17 saat əvvəl
-
17 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 17 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
















