Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 6 faizə yaxın azalıb
2020-ci ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 549 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilibİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin may sayı təqdim edilib.
İcmalda bildirilib ki, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel ayları ərzində koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8 faiz azalıb.
Bu ilin yanvar-aprel ayları ərzində Rusiyaya 186,2 milyon, Türkiyəyə 122,2 milyon, Gürcüstana 58,8 milyon, İsveçrəyə 48,5 milyon və Çinə 18,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13 faiz, İsveçrəyə 9 faiz və Çinə 45 faiz artıb.
2020-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (73,3 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (44,3 milyon ABŞ dolları) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 43,7 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin ilk 4 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 153,9 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 60,5 milyon, pambıq lifi ixracı 45 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,8 milyon, kimya sənayesi məhsullarının ixracı 26,5 milyon, elektrik enerjisinin ixracı 34,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,1 milyon, pambıq ipliyi ixracı 8,7 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,8 milyon ABŞ dolları, şəkər ixracı 4,5 milyon təşkil edib.
2020-ci ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 120 milyon ABŞ dolları təşkil etmişdir. Bu ilin aprel ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (51,8 milyon ABŞ dolları), Türkiyəyə (17,8 milyon ABŞ dolları), Gürcüstana (15,9 milyon ABŞ dolları), İsveçrəyə (7,7 milyon ABŞ dolları) və Çinə (6 milyon ABŞ dolları) ixrac edilib.
2020-cu ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 29,4 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (16,4 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 7,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 10 d. əvvəl
-
- 30 d. əvvəl
- 33 d. əvvəl
-
38 d. əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib



















