Prezident yaşayış kompleksinin tikintisi ilə tanış olub
İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.
Dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verilib.
Bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən 2020-ci ilin fevral ayında Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yaşayış kompleksinin tikintisinə başlanılıb. Kompleksə 18 çoxmənzilli bina və əsaslı təmirə ehtiyacı olan 28 və 46 nömrəli ümumtəhsil məktəbləri üçün bina, uşaq bağçası və digər xidmət obyektləri daxildir. Cari ilin avqust ayında ümumtəhsil məktəbi binasının və 2021-ci ilin sonunadək 11 yaşayış binasının istismara verilməsi nəzərdə tutulub. Layihəyə əsasən yaşayış binaları doqquz və on iki mərtəbəli olacaqdır.
Mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi və digər texniki avadanlıqlarla təchiz olunmuş vəziyyətdə təklif ediləcək. Kompleksin ərazisində yaşıllıq zonaları, uşaq meydançaları yaradılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























