"Neft qiymətləri yalnız gələn il əvvəlki səviyyəyə qayıdacaq"
Karbohidrogenlərə tələbatın görünməmiş həddə azalmasına səbəb olan koronavirus pandemiyası ortamüddətli perspektiv üçün də neft qiymətlərinə təsiri davam etdiyinə görə, neft qiymətləri yalnız 2021-ci ildə 60 ABŞ dolları səviyyəsinə qayıda bilər.
Bu barədə “Shell” şirkətinin Rusiya bölməsinin rəhbəri Sederik Kremers bildirib.
“Fikrimcə, bazardakı dəyişkənlik hələ bir müddət davam edəcək. Odur ki, orta gələcəkdə neft qiymətlərinin, tələbat artımı sürətinin böhrandan əvvəlki səviyyəyə qayıdacağını gözləmirik. Lakin daha uzun müddətli gələcəyə nəzər salsanız, tələbat mütləq bərpa olunacaq”, - ekspert qeyd edib.
Xatırladaq ki, neft bazarında 2020-ci ildəki böhran indiyədək ən güclüsü olub. Müxtəlif hesablamalara görə, cari ildə neftə tələbatın azalması 8-9 milyon barel səviyyəsində olacaq. Neftin qiymətləri mart – aprel aylarında, yəni OPEC+ formatındakı nəticəsiz qalan danışıqlardan sonra, habelə dünya üzrə karantin tədbirləri nəticəsində nəqliyyat daşımaları kəskin olaraq azaldığı dövrdə ən kəskin azalma ilə yadda qaldı. Bu dövrdə neft ehtiyatlarının həcmi isə görünməmiş həddə artmış və mövcud anbarların tamamına yaxını dolmuşdu. Fəlakətə yol verməmək üçün OPEC+ iştirakçısı ölkələr may ayından hasilatı xeyli azaltmalı oldular. Lakin bazarın bərpası, yığılmış neft ehtiyatlarının sərf olunması üçün “Fitch” agentliyinin qənaətincə, hələ bir neçə il vaxt lazım gələcək.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























