"Manat üçün təhlükə yarana bilər"
Xəbər verdiyimiz kimi, Neft Fondundan Mərkəzi Banka bu ilin I rübündə 2 milyard 279 milyon manatlıq transfert edilib.
İqtisadçılar bu transfertin nəticəsində dolların manata nəzərən ucuzlaşdığını qeyd ediblər.
“Marja” “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan iqtisadçı Samir Əliyev bildirib ki, ümumilikdə bu il ərzində Mərkəzi Banka 7,5 milyard manat vəsait köçürülməsi planlaşdırılırdı: “Bu da hər rübə təxminən 1,9 milyard yaxın vəsait edir. Amma ilk rübdə nəzərdə tutulandan bir qədər çox, yəni, 2, 3 milyard manat vəsait köçürülüb”.
Ekspert xatırladıb ki, yanvarın axırından başlayaraq ölkədə dollar qıtlığı yaşanmır, əksinə bolluq yaranıb və sürətli olaraq ucuzlaşma baş verib: “Bunun ilk növbədə səbəbi pul kütləsinin çatışmazlığıdır. Bankların əlində manat qıtlığı olduğuna görə onlar dollar hərraclarında aktiv şəkildə iştirak edə bilmirlər. Bu amil makroiqtisadi sabitlik baxımından valyuta bazarını nəzarətdə saxlamağa imkan verdi. Ancaq ilk növbədə başa düşülürdü ki, bu transfertlər xarici borcların ödənilməsinə sərf olunacaq. 1-ci ayda Mərkəzi Bankın valyuta ehtiyatı 1, 3 milyon manat artdı. İndi də valyuta bazarında sabitlik var. Ancaq bunun özündə də problem var. Çünki bu sabitlik transfertin hesabına baş verib. Bəs növbəti illərdə transfert olmazsa vəziyyət necə olacaq? Manat üçün təhlükə yarana bilər. Belə ki, Neft Fondunun vəsaitləri uzun müddət sabitlikdə rol oynamaya bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















