Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Hələdə çoxları “bu bir oyundur” deyərək Dolların ucuzlaşmasına inanmasalar da, Manat rəsmi olaraq dəyər qazanır. Son iki ayda Manat Dollar qarşısında rəsmi olaraq 11%, banklarda isə 15% bahalaşıb.
- Səhər saat 09:20-də Mərkəzi Bank Aprelin 18-nə USD/AZN rəsmi məzənnəsini 1.7026 manat səviyyəsində açıqladı.
- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin ciddi dəyişmədiyi müşahidə olundu. Dolların satış qiyməti 1.6820 - 1.7100 manat arasında dəyişdi.
-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7025 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat Dollar qarşısında cüzi möhkəmləndi.
- Hərracdan sonra da banklarda Dolların alış və satış qiyətlərinin ciddi dəyişmədiyi müşahidə olundu. Axşam saatlarında Dolları ən baha 1.6670 manata GünayBank alırdı. Dolları ən ucuz (1.6820 manata) satan bank isə Amrahbank idi.
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
- Axşam saat 17:05-də Mərkəzi Bank 19.04.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7022 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu hərracdakı orta çəkili məzənnədən cüzi aşağı idi (Manat yenidən bahalaşdı).
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da Dolların kəskin qalxmasının qarşısını alır. Digər tərəfdən, neft bahalaşır, Azərbaycanın ixracı artır, idxalı isə azalır, valyuta ehtiyatlarımız artır və s.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Saat 17:30-a banklarda Dollar və Avronun alış-satış qiymətləri
Bankın adı | Dollar | Avro | ||
Alış | Satış | Alış | Satış | |
1.6170 | 1.7040 | 1.7218 | 1.8215 | |
1.6500 | 1.7100 | 1.7564 | 1.8288 | |
1.6600 | 1.6820 | 1.76 | 1.81 | |
1.6500 | 1.7070 | 1.7500 | 1.8200 | |
1.6500 | 1.7050 | 1.7500 | 1.8200 | |
1.6600 | 1.7080 | 1.7450 | 1.8300 | |
1.6350 | 1.7200 | 1.7399 | 1.8396 | |
1.6500 | 1.7200 | 1.7550 | 1.8350 | |
1.6500 | 1.7000 | 1.7500 | 1.8300 | |
1.6500 | 1.7100 | 1.7600 | 1.8500 | |
1.6550 | 1.7050 | 1.7200 | 1.8200 | |
1.6300 | 1.7050 | 1.7250 | 1.8200 | |
1.6500 | 1.6830 | 1.76 | 1.795 | |
1.6400 | 1.7090 | 1.7490 | 1.8300 | |
1.6500 | 1.7050 | 1.7500 | 1.8220 | |
1.6500 | 1.7250 | 1.7450 | 1.8755 | |
1.6500 | 1.7150 | 1.7545 | 1.8305 | |
1.6400 | 1.7050 | 1.7500 | 1.8350 | |
1.6670 | 1.6830 | 1.7670 | 1.8100 | |
1.6300 | 1.7050 | 1.7270 | 1.8260 | |
1.6300 | 1.7100 | 1.7200 | 1.8270 | |
1.6600 | 1.6890 | 1.7400 | 1.8200 | |
1.6600 | 1.7150 | 1.7500 | 1.8200 | |
1.6500 | 1.7060 | 1.7525 | 1.8235 | |
1.6400 | 1.6900 | 1.7580 | 1.8300 | |
1.6650 | 1.6850 | 1.7600 | 1.8150 | |
1.6600 | 1.7100 | 1.7490 | 1.8150 | |
1.6300 | 1.7150 | 1.7260 | 1.8480 | |
1.6650 | 1.7100 | 1.7580 | 1.8487 | |
1.6500 | 1.7100 | 1.7550 | 1.8250 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 32 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
16 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
18 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"



















