Hava pisləşəcək - XƏBƏRDARLIQ
Azərbaycanda iyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-33, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 755 mm civə sütunua yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi ayrı ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 14-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
XXX
İyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 2 d. əvvəl
-
-
14 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
54 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazir. yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb























