Azərbaycanın dövlət büdcəsidə neftin qiyməti dəyişdirilir
Neftin büdcə qiyməti kəskin azaldılır. Büdcəyə dəyişiklikdə neftin qiyməti 35 dollardan götürülüb."Büdcəyə təklif edilən dəyişikliklərdə neftin bir barelinin qiymətinin salınması gözlənilən idi".
Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, pandemiya ilə bağlı olaraq, neft bazarında volatillik yüksəkdir: "Bu da neftin dünya bazar qiymətinin düşməsinə gətirib çıxarır. Ötən ay dünya bazarında neftin orta qiyməti 30 dollar olub. Hazırda neftin bir barelinin qiymətinin 40 dollardan yüksək olmasına baxmayaraq, payızda koronavirusun ikinci dalğası olsa, bu, neft qiymətlərinin azalmasına gətirib çıxara bilər. Buna görə də qanun layihəsində təklif edilən 35 dollar daha konservativ və daha az riskli qiymətdir. Düşünürəm ki, 35 dollar üzərindən dəqiqləşmiş büdcənin hesablanması doğru addımdır. Bu, neft bazarında volatillik, eyni zamanda pandemiyanın potensial təsirlərinin nəzərə alınmasına imkan verir. Dəyişiklik qlobal iqtisadiyyatda və strateji məhsullar bazarındakı volatilliyə uyğunlaşdırılıb”.
Qeyd edək ki, büdcədə neftin 1 barelinin qiyməti 55 ABŞ dollar götürülmüşdü.
APA
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
-
28 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 47 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər





















