“Qeyri-ərzaq mağazaları ciddi karantin qaydaları tətbiq olunmaqla açılmalıdır”
“İlk olaraq, indiki çətin vaxtda dövlətin əlavə yüklənməsinin tərəfdarı deyiləm”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, bu bəladan daha az iqtisadi və maliyyə itkisi ilə çıxmalıyıq: “SMS qaydasının ləğv edilməsi ilə insanların küçələr axışdığını müşahidə edirik. Əgər biz insanların küçələrdə, meydanlarda kütləvi şəkildə gəzintisini görürüksə, niyə ayrı-ayrı müəssisələrdə iş bərpa olunmasın? Marketlərdə insanların sayı daha çoxdur, nəinki mebel mağazalarında. Hansısa əşyanı almaq üçün qeyri-ərzaq mağazalarına gedən insanların sayı marketə gedənlərdən azdır. Ayrı-ayrı qeyri-ərzaq mağazaları ciddi karantin qaydalarının tətbiqi ilə açılmalıdır. Karantin rejimi qaydalarına vətəndaşların riayət etməsini tələb etməklə, insanların işləməsinə şərait yaratmalıyıq. “Sədərək” Ticarət Mərkəzindən, “Mall”lardan, digər ticarət mərkəzlərindən insanlar evinə çörək aparır. Niyə bu müəssisələr bağlı qalıb?”
Deputat bildirib ki, Azərbaycanda testin qiyməti də kifayət qədər bahadır: “Bu məsələyə də ciddi şəkildə baxılmalı, testin qiyməti minimuma endirilməli, mümkün olsa, pulsuz olmalıdır”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
10 d. əvvəl
Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində Anlaşma Memorandumu imzalanıb
- 16 d. əvvəl
- 31 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
Ən çox oxunanlar
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
























