"Manat, nə olursa-olsun, hədsiz bahalaşan deyil"
"Eyni zamanda ABŞ dollarının 2 AZN olacağına dair “qorxulu buludlar”da artıq mövcud deyil"
“Nə qədər ki, valyuta bazarına təsir göstərən müvafiq göstəricilər üzrə vəziyyət qənaətbəxş olacaq, manat dollara qarşı münasibətdə möhkəm mövqe nümayiş etdirməkdə davam edəcək. Yəni ki, ucuzlaşma qeydə alınmayacaq”.
Bu barədə iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
“Bu göstəricilər sırasına isə neftin dünya bazar qiymətləri, idxal və ixrac əməliyyatları üzrə vəziyyət, dövriyyədə nağd pul kütləsinə tələbatın passiv mövqe nümayiş etdirməsi, ölkədə dollarlaşma səviyyəsinin yüksək səviyyədə qalması və sair daxildir.
Ümumiyyətlə, hələ keçən ilin sonundan bəlli idi, bu il ərzində manatın dəyəri sabit xarakter daşıyacaq. Bunu ilin birinci rübü ərzində əldə olunan bir sıra iqtisadi göstəricilər deməyə əsas verir.
Məlum olduğu kimi, xarici ticarət dövriyyəmizdə 1 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb. İdxal 17% azalmışdır. Keçən ilin əvvəlindən başlanılan ixracın təşviqi, stimullaşdırılması və genişləndirilməsi tədbirləri rüşeym halında artıq öz nəticələrini göstərməkdədir.
Dövlət büdcəsi xərcləri əvvəlki illərdəki kimi həyata keçirilmir. İnvestisiya xərcləri məhdudlaşdırılmış vəziyyətdədir. Kreditləşdirmə, demək olar ki, sıfır vəziyyətindədir.
Düzdür, bunların bir çoxu müsbət, bəziləri isə mənfi amillərdir. Lakin müsbət olanlar getdikcə güclənərsə, mənfi amillər tədricən aradan götürülməklə, bütövlükdə real vəziyyətin daha da möhkəmlənməsinə xidmət etməlidir”, - deyə P.Heydərov qeyd edib.
Ekspert vətəndaşlara pulun 50%-ni manatda, 50%-ni isə dollarla saxlamağı tövsiyə edib:
“O ki qaldı əhalinin öz sərbəst vəsaitlərini yaranmış yeni iqtisadi və maliyyə durumu ilə əlaqədar məhz hansı valyutada saxlamasının daha məsləhət olduğu məsələsinə, qeyd edim ki, əgər keçən il və ondan əvvəlki ildə manat və ABŞ dolları ilə olan pulun uyğun olaraq 25/75% nisbətində qorunmasının məqsədəuyğun olduğunu qeyd edirdimsə, indi artıq bunun balanslaşdırılmış şəkildə, yəni ki, 50/50% nisbətinə transfer edilərək dəyişdirilmiş şəkildə olmasının heç bir təhlükəli xarakter daşımadığını inamla tövsiyə edə bilərəm”.
Pərviz Heydərov xatırladıb ki, manat hədsiz bahalaşan deyil:
“Onu da qeyd edim ki, manat nə cür iqtisadi faktorlar olursa-olsun, hədsiz bahalaşan da deyil. Yəni, o, bir daha 0,78 qəpik olan deyil. Heç 1,50 AZN-ə qədər dəyər qazanacağı da real deyil.
Ancaq ABŞ dollarının 2 AZN olacağına dair “qorxulu buludlar”da artıq mövcud deyil. Üfüqdə hansısa qaraltı gözə dəysə də belə, narahat olmağa dəyməz”.
© Oxu.Az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
-
27 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
59 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















