Çinli milyarderin şirkəti səhmlərinin ilk satışı üçün müraciət etdi
Çinin e-ticarət şirkəti Alibaba-nın sahibi Jack Ma-nın maliyyə texnologiyaları şirkəti "Ant Group" səhmlərinin bir hissəsinin ilk dəfə kütləvi satışı üçün Honq Konq və Shanxay birjalarına müraciət edib.Milyarder iş adamı Jack Manın şirkəti "Ant Group" (AliPay), maliyyə xidmətləri sektorunda böyüməsini maliyyələşdirmək və Çinin ən böyük onlayn ödəmə platforması mövqesini gücləndirmək üçün Honq Konq və Şanxay birjalarında ilk kütləvi təklif (İPO) üçün müraciət edib.
Marja xəbər verir ki, "Ant Group"un yaydığı açıqlamada, səhmlərin satışından əldə ediləcək gəlirin ölkə xaricndə ödəniş xidməti fəaliyyətlərini genişləndirmək, araşdırma və inkişaf etdirmə qabiliyyətini artırmaq üçün istifadə ediləcəyi bildirilib. Açıqlamada qiymət hədəfi aralığı və ya əldə ediləcək vəsaitə bağlı hər hansı bir rəqəm verilməyib.
Alibaba-nın da səhmdarı olduğu "Ant Group" şirkəti kreditlərdən səyahət xidmətlərinə və qida təslimatına qədər bir çox şeyi ehtiva edən bir alış-veriş mərkəzinə doğru təkamülünü sürətləndirərək, Tencent Holdings Ltd-nin itirdiyi müştərilərini qazanmağı hədəfləyir.
AliPay tətbiqindən əldə edilən milyardlarla istifadəçinin məlumatlarına sahib olan şirkət, süni zəka, robot və kredit platformaları kimi texnologiyalar ilə maliyyə xidmətləri sektorunda geniş yayılmağı məqsəd qoyur.
"Ant Group"un səhmlərinin satışı Səudiyyə Ərəbistanının 29 milyard dollarlıq rekordunu da geridə qoya bilər. Şirkət 225 milyard dollarlıq bazar dəyəri hədəfləyir. Şirkətin cəmi gəlirləri ilin ilk rübündə 10.49 milyard dollar və xalis mənfəəti 3.17 milyard dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım























