"Lukoil"ın xalis zərəri 857 milyon dollardan çox təşkil edib
Bu ilin yanvar-iyun aylarında Rusiyanın "Lukoil" şirkətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə səhmdarlara aid olan xalis zərəri 64,68 milyard rubl (857,4 milyon ABŞ dolları) təşkil edib.
Halbuki ötən ilin analoji dövründə şirkət 330,48 milyard rubl (4,38 mlrd. dollar) mənfəət əldə etmişdi.
Bu barədə şirkətin hesabatında deyilir.
Cari ilin ilk yarısında "Lukoil"ın faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəəti (EBITDA – Earnings Before Interest, Taxes, Depreciation and Amortization) 2,1 dəfə azalaraq 295,26 milyard rubl (3,9 mlrd. dollar) təşkil edib.
Hesabat dövründə "Lukoil"ın MHBS üzrə sərbəst pul axını ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə azalaraq 81,026 mlrd. rubl (1,07 mmilyard dollar) təşkil edib. Sərbəst pul axını 2020-ci ilin II rübündə əvvəlki rüblə müqayisədə 2,2 dəfə azalaraq 25,507 mlrd. rubla (338,1 milyon dollar) enib. Azalma əsasən şirkətin əsas fəaliyyətinin gəlirliliyinin azalması ilə əlaqədardır. Kapital xərclərinin artımı ilin ilk yarısında bu göstəricinin mənfi dinamikasına da təsir edib.
©️APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























