“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.EUR.
Beynəlxalq valyuta birjalarında bu həftənin cümə günü Bakı vaxtı ilə saat 16:30-da Amerika və çərşənbə axşamı saat 13:00-da Avrozonanın əmək bazarına dair önəmli fundamental göstəricilərin açıqlanması öncəsi EUR/USD məzənnəsində bahalaşma müşahidə edilir. Bu, Amerika Mərkəzi Bankının (FED) inflyasiyaya deyil, diqqətini daha çox əmək bazarına istiqamətləndirilmiş yeni siyasəti ilə əlaqədardır. Bugünə kimi daha çox inflyasiyanı tənzimləyirdisə, artıq isə yüksək inflyasiyanın da qarşısını almayacaqdır.
Təhlillərə əsasən, avronun 1.20$-a kimi bahalaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
GBP.
İngiltərə Mərkəzi Bankının yeni sədrinin son açıqlamaları GBP/USD məzənnəsində güclü bahalaşma dalğasına səbəb olub. Beyli istiqraz alışı proqramlarını genişləndirməyə və bankın əlavə maliyyə alətlərindən istifadə etməsinə ehtiyacın olmadığını və Korona böhranı ilə mübarizədə uğurlu olduqlarını açıqlamışdır.
1.34$-ın qırılmaq üzrə olduğu GBP/USD cütlüyünün qiyməti, 1.35$-a kimi də dəyər qazana bilər.
TRY.
USD/TRY məzənnəsi 7.34TL-nin üzərində ticarət edilməkdədir və 7.40TL-də də güclü müqavimətlə rastlaşmaqdadır. TCMB-nin sonuncu toplantı protokolunda ölkə iqtisadiyyatının məzənnə böhranı fonunda inflyasiyanın da yenidən artığını açıqlamışdır. Beləliklə, dollar/lirənin kursu TCMB-nin məzənnə böhranı tədbirlərindən asılı olacaqdır.
Təhlillər isə məzənnənin 7.45TL-yə kimi bahalaşmaqda davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
OIL.
Amerikanın neft və beznin ehtiyatlarına dair dərc edilən fundamental göstəricilər və foreks bazarlarında dolların ucuzlaşması, neft qiymətlərinin dəyər qazanmasına səbəb olur. Avropanın Brent neftinin də bahalaşmasına bir barel qiyməti 46$-ın üzərində möhkəmlənərsə, 48$-a kimi də bahalaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında isə qızılın qiymətində dalğalanma zəifləyib və bir unsiyası 2000$-ın altında təklif edilir. Bu, Avrozona və İngiltərə iqtisadiyyatları fonunda müsbət fundamental göstəricilərin açıqlanması ilə əlaqədardır. Lakin burada da hər hansı mənfi tendensiya müşahidə edilməsi, qızılın yenidən bahalaşmasına səbəb ola bilər.
Hazırda 1984$ (63.8 $/qram) önəmli müqavimət səviyyəsinə yaxın ticarət edilən bir unsiya üzrə qiymət, sözügedən səviyyəni qıracağı halda yenidən 2032$-a (65.3 $/qram) kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
6 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
















