Azərbaycanın ilk özəl sığorta şirkəti bu gün 28 illiyini qeyd edir
(®️) Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” ASC bu gün 28 illiyini qeyd edir.
Şirkət Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilmişdir.
28 il ərzində müştərilərinin, əməkdaşlarının, partnyorlarının etibarını qazanaraq fəaliyyət göstərən şirkət bazarda daim yeni məhsulları, operativ xidməti və sosial layihələri ilə seçilmişdir.
Son 1 ildə “Günay Sığorta” "Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin", “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” “İmkansız ailələrə yardım”, “Azərbaycan Polis Günü “, “Ailənizin sağlamlığı sizin sığortanızdır!” və digər bu kimi sosial layihələri Bakı şəhəri və regionlarda həyata keçirtmişdir. İqtisadiyyatdakı böhranla əlaqəli çətinliklərə baxmayaraq əhaliyə daim dəstək olmuşdur.
Həmçinin şirkət yalnız Bakı şəhərində deyil, regionlarda da yaşayan əhali üçün yeni iş yerlərinin açılması və bütün növ sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını təmin edir. Bu səbəbdən artıq regionlar üzrə nümayəndəliklərinin sayını 10-a, satış nöqtələrinin sayını 100-ə çatdırmışdır.
28 ildir müştərilərinin əmlaklarına, avtomobillərinə, bizneslərinə və s. dəyən maddi zərərləri qarşılayaraq onların çətin zamanlarında dəstək olmağı bacaran “Günay Sığorta” bundan sonra da peşəkar kollektivi ilə müştərilərinin inamını doğrultmaqda davam edəcəkdir.
“Günay Sığorta” şirkəti partnyorlarına və müştərilərinə uğurlu və etibarlı əməkdaşlığa görə təşəkkür edir.
28 ildir sizə xidmət göstərməkdən məmnunuq!
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 14 d. əvvəl
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




















