“Yapı Kredi Bank Azərbaycan”dan daha iki aztəminatlı ailəyə öz biznesini qurmaq üçün dəstək göstərib
(®️) “Yapı Kredi Bank Azərbaycan” yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə dəstək olmaq məqsədi ilə aztəminatlı ailələrə biznes təşəbbüslərini həyata keçirmək üçün dəstək göstərir.
Belə ki, layihə çərçivəsində “Yapı Kredi BankAzərbaycan” tərəfindən daha iki ailəyə broyler sexi və dərzi atelyesi qurulmaq üçün lazım olan bütün avadanlıqlar təqdim olunmuşdur.
İsmayilova Nuriyyə 10 ildən çoxdur ki, dərzi fəaliyyəti ilə məşğuldur. Onun ən böyük arzusu öz dərzi atelyesinin olması idi. Avqustun 18-də Yapı Kredi Bank onun arzusunu reallaşdırması üçün lazım olan avadanlıqların hamısını təqdim etmişdir. “İndiyə kimi dərzi kimi işləyridim, ancaq həmişə öz atelyemin olmasını arzulamışam. Nəhayət, özümə aid atelyem olacaq. Hətta qızım da dizaynerlik üzrə təhsil alıb. “Yapı Kredi Bank Azərbaycan” verdiyi bu önəmli dəstək ilə öz işimizi quracam.”.
Heybətova Vəsilənin isə ailəsinə məxsus həyətyanı sahədə broyler sexi qurması üçün texniki təchizata ehtiyacı var idi. Onun bu təşəbbüsünü gerçəkləşdirmək üçün “Yapı Kredi Bank Azərbaycan” lazım olan bütün avadanlıqları alaraq, ona təqdim etmişdir.
“Yapı Kredi Bank Azərbaycan” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq may ayından etibarən bir neçə aztəminatlı şəxsin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin edilməsinə dəstək verir. Bank növbəti aylarda bu istiqamətdə işləri davam etdirərək, daha bir neçə aztəminatlı ailənin kiçik biznes idealarının reallaşmasına töhvə verəcəkdir.
Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 17 d. əvvəl
-
-
30 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 47 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə


























