Azərbaycana xam neftdən daxil olan vəsait 4 milyard dollara yaxın azalıb
Xam neft ixracından Azərbaycana daxil olan valyuta 3 milyard 665 milyon 501 min dollar azalıb.
Marja Dövlət Gömrük Komitəsinin Sentyabr hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin 8 ayı ərzində Azərbaycandan 6 milyard 793 milyon 284 min dollar dəyərində 20 milyon 746 min 772 ton xam neft ixrac edilib. Ötən ilin 8 ayında Azərbaycandan 10 milyard 458 milyon 785 min dollar dəyərində 21 milyon 452 min 779 ton xam neft ixrac edilmişdi.
Beləliklə, xam neft ixracı miqdar ifadəsilə 3,3%, dəyər ifadəsilə 35% azalıb.
Xam neft satışından ölkəyə daxil olan valyutanın azalması qiymətlərin düşməsilə bağlıdır.
Müqayisə olunan dövrdə təbii qaz ixracından gəlirlər 1 milyard 421 milyon 244 min dollardan 1 milyard 702 milyon 883 min dollara yüksəlib (281 milyon 639 min dollar artıb).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
30 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
31 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 53 d. əvvəl
- 59 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir























