Avroda "Le Penin ikinci yerdə qalması ilə" sıçrayış
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Fransada Prezident seçkisinin ilk turunda Avropa Birliyi əleyhdarı sağçı Milli Cəbhə Partiyasının lideri Marine Le Penin ikinci yerdə qalması Avronun bahalaşması ilə nəticələnib. Bakı vaxtı ilə 23:20-yə olan məlumata görə, Avro Dollar qarşısında 1,8% bahalaşaraq 1.09 səvyyəsini keçib (Dollar ucuzlaşıb, EUR/USD =1.0906).
“Marja”nın məlumatına görə, Le Pen Prezident seçiləcəyi təqdirdə Fransanın Avropa Birliyindən çıxmasını gündəmə gətirəcəyini bəyan etmişdi. Bu da ortaq pul vahidi Avro üzərində təzyiq yaradırdı. Hətta Fransanın Birlikdən çıxmasının digər ölkələrindən çıxışına təkan verəcəyi və Avro sisteminin çökəcəyi barədə proqnozlar verilirdi.
Seçkinin ilk turunda Yürüş Hərəkatının lideri Emmanuel Macron səslərin 23,7%-ini alaraq seçkidən birinci çıxıb. Le Pen də 21,7%-lik səs nisbəti ilə ikinci olub. Mərkəz sağdakı Respublikaçılar Partiyasının namizədi Fransua Fillon və ifrat solçu namizəd Jean-Luc Melenchon isə hər biri 19,5% səs yığıblar.
Heç bir namizəd, Prezident seçilmək üçün ilk turda lazım olan 50 faiz səs çoxluğunu yığa bilmədiyindən, ilk turda ilk iki yeri qazanan Macron və Le Pen, 7 Mayda keçiriləcək ikinci tur səsvermədə yarışacaqlar.
Aparılmış başqa bir sorğuya görə, Yürüş Hərəkatının lideri Emmanuel Macron, ikinci turda seçicilərin 62%-nn səsini yığaraq prezident ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
3 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























