Qızıl, Fransadakı seçkidən sonra kəskin düşdü
Fransada prezident seçkisinin ilk turunun ardından, iqtisadi inkişaf yönümlü Emmanuel Macronun seçkinin ikinci turunda qələbə qazanacağı və bunun nəticəsində Avro Bölgəsinə ən mühüm iqtisadiyyatlardan birindən yarana biləcək təhdidin aradan qalxacağı gözləntilərinin güclənməsi və bunun nəticəsində investorların riskli aktivlərə yönəlməsilə qızılın qiyməti düşüb.
"Marja" xəbər verir ki, qızıl 1.5 faiz olmaqla 2 Martdan bu yana ən kəskin şəkildə ucuzlaşaraq unsiyası 1265.51 dollara qədər endikdən sonra, 1273.64 dollara gəlib. Qızıl və Yen düşərkən, Avro güclü yüksəlib.
ABŞ dolları Avro qarşısında, Fransada Prezident seçkisinin ilk turunun nəticəsi məlum olduqdan sonra ucuzlaşıb. Ən yüksək səsi yığan Yürüş Hərəkatının lideri Emmanuel Macron və həddindən artıq sağçı Milli Cəbhə Partiyasının lideri Marina Le Pen 7 Mayda keçiriləcək ikinci tur səsverməsində yarışacaqlar. Keçirilən sorğular, ikinci turu Macronun qazanacağına işarə edir. Avropa Birliyi və Avro əleyhdarı Le Penin seçkini uduzacağı gözlənilir və bu da Avronun bahalaşması ilə nəticələnir.
Həmçinin Macronun ikinci turda iştirak etməyə haqq qazanması, yarışın Avropa Birliyi Əleyhdarı Le Pen ilə Kommunistlərin dəstəklədiyi Jean-Luc Melenchon-un arasında keçəcəyi senarisini aradan qaldırıb və bu vəziyyət, Avroya münasibətdə risklərin azalmasına və investorların riskli aktivlərə yönəlməsinə səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
4 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
5 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
























