Azərbaycanın iri qazma şirkətinə Baş direktor təyin edilib
SOCAR AQŞ MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Ramın İsayev müəssisənin Baş direktoru vəzifəsindən azad edilib. Təsisçilərinin qərarına əsasən Samir Mollayev müəssisənin yeni Baş direktoru təyin edilib.
Bu barədə Nobel Oil şirkətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Samir Mollayev yeni təyinatından öncə SOCAR AQŞ-nin səhmdarlarından biri olan Nobel Oil Services şirkətlər qrupunda Qazma Biznesi üzrə Baş Əməliyyat Direktoru vəzifəsində çalışıb. Bu vəzifədə şirkətlər qrupunun qazma biznesinin inkişafı istiqamətində müxtəlif layihələrinin, o cümlədən Nobel Oil Services şirkətinin Qazaxıstanda “Evrika Oleum” şirkətinin neft yatağında quyuların qazılması üzrə idarəetmə xidmətləri və digər layihələrin iştirakçısı olub.
Neft-qaz sənayesi üzrə peşəkar karyerasına 2006-cı ildə Schlumberger şirkətində Quyuların Yoxlanılması Mühəndisi vəzifəsində başlayan Samir Mollayev daha sonra Birləşmiş Krallıqda və Danimarkada Baş Sahə Mühəndisi kimi çalışıb. 2009-cu ildən BP şirkətində “Quyuların qazılması, tamamlanması, test edilməsi, təmiri, geoloji-texniki işlər və quyuların kompleks mühəndislik xidmətləri’’ komandasının yuxarı rəhbəri vəzifəsində çalışan S. Mollayev 2010/2011-ci illərdə ABŞ-da müxtəlif beynəlxalq layihələrdə uğurla iştirak edərək liderlik bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib.
SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. SOCAR AQŞ həm Xəzərin Azərbaycan sektorunda, həm də Türkiyədə həyata keçirdiyi qazma əməliyyatlarını uğurla davam etdirir.
Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və AQŞ şirkətləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)









