Rusiya Bankının Azərbaycandakı törəməsinin əməliyyat zərəri artıb - GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÖDƏMİR
Rusiyan VTB bankına məxsus olan Bank VTB (Azərbaycan) ASC-nin əməliyyat gəlirləri azalıb, əməliyyat xərcləri və əməliyyat zərəri artıb.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ÖDƏMİR
Marja Bankın açıqladığı maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr dövründə Bank VTB Azərbaycanın cəmi əməliyyat gəlirləri 8 milyon 775 min manat, cəmi əməliyyat xərcləri 14 milyon 350 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 5 milyon 575 min manat əməliyyat zərəri yaranıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 325 min manat və ya 31,2% çoxdur.
Belə ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Bank VTB Azərbaycanın cəmi əməliyyat gəlirləri 9 milyon 507 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 757 min manat, xərclər gəlirləri üstələdiyindən 4 milyon 250 min manat əməliyyat zərəri yaranmışdı.
Bank VTB Azərbaycanın qeyri-faiz xərclərinin azalması, eyni zamanda qeyri-faiz xərclərinin artması ilə əlaqədar olaraq əməliyyat zərəri artıb.
Bank VTB (Azərbaycan) ASC cari ilin 9 ayını 2 milyon 585 min manat xalis mənfəət ilə başa vurub. Xalis mənfəət əvvəlki dövrlərdə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan vəsait hesabınadır.
31 Sentyabr 2020-cil ul tarixində Bank VTB Azərbaycan 187 milyon 5 min manat cəmi aktivlərə malik olub. Bank ötən ilin sonunda 157 milyon 359 min manat cəmi aktivlərə malik idi.
Cari ilin 9 ayı ərzində müştərilərə verilmiş kreditlər 62 milyon 48 min manatdan 76 milyon 194 min manata yüksəlib. Cəmi kreditlərdəki artım daşınmaz əmlak kreditlərinin artması ilə əlaqədardır.
31 Sentyabr 2020-cil ul tarixində Bank VTB Azərbaycan 60 milyon 362 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC-nin nizamnamə kapitalının 99,9999 %-i Bank VTB-yə (Rusiya), 0,0001%-i fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 3 saat əvvəl
-
3 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?






















