Expressbank kartları ilə qazanmaq vaxtıdır
(®️) Ölkəmizdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində, noyabr ayının 1-dən başlayaraq Mərkəzi Bank tərəfindən təşkil edilmiş və geniş əhali təbəqəsini əhatə edəcək “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya Expressbank-da qoşulub.
Noyabr ayı ərzində keçiriləcək stimullaşdırıcı lotereya dövründə Expressbank-ın bütün növ ödəniş kartları ilə, ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotereyada qalib gələn iştirakçıların hər birinə isə 100 manat məbləğində hədiyyə, kartlarına “cashback” şəklində mədaxil edilərək təqdim ediləcək.
Lotereyanın əsas məqsədi əhalinin bütün sosial təbəqələrinin rəqəmsal ödənişlərə marağının artırılması ilə yanaşı, xüsusi ilə pandemiya dövründə sağlamlığın qorunması məqsədilə nağd puldan istifadənin azaldılması, ödənişlərin isə nağdsız aparılmasını təmin etməkdir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
8 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
49 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"












.jpg)







