Fransa nazirinin açıqlamasına Azərbaycandan cavab
"Fransanın Avropa və Xarici İşlər üzrə naziri J.İ. Lö Drianın Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanata dair verdiyi açıqlama Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayaraq, tamamilə qərəzli xarakter daşıyır".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Qeyd etmək istərdik ki, birtərəfli və açıq-aşkar ermənipərəst mövqeyi əks etdirən bəyanatla çıxış edən Fransa Xarici İşlər nazirinin digər həmsədr ölkələri adından çıxış etmək səlahiyyəti yoxdur.
Fransa Xarici İşlər nazirinin ölkəsinin həmsədr kimi mandatına uyğun olaraq, öz ölkəsinin daimi üzv qismində 1993-cü ildə lehinə səs verdiyi BMT TŞ qətnamələrinin tələblərinin yerinə yetirilməsi bəyanatları ilə çıxış etdiyini təəssüf ki, bu illər ərzində müşahidə etməmişik. Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın silahlı qüvvələrinin qeyri-qanuni mövcudluğuna dərhal son verilməsi və bu ərazilərdən zorla qovulmuş insanların öz evlərinə geri dönməsi tələbinin Fransanın xarici siyasətə məsul qurumu tərəfindən nə zaman səsləndirildiyini xatırlamırıq. Yoxsa münaqişə nəticəsində yüz minlərlə azərbaycanlının fundamental insan hüquqlarının kobud şəkildə pozulması Fransanı maraqlandırmır?!
Azərbaycanın beynəlxalq hüquqa tam uyğun şəkildə, beynəlxalq sərhədləri çərçivəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi və bir milyondan çox azərbaycanlının insan hüquqlarının bərpa olunması istiqamətində legitim səyləri Fransanı narahat etməməlidir", - qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























