Azərbaycanda neft hasilatı 7,6 faiz azalıb
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-oktyabr aylarında 30,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,5 faiz artmışdır.
Sənaye məhsulunun 60,3 faizi mədənçıxarma sektorunda, 33,6 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 7,3 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 8,8 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 78,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 50,1 faiz, maşın və avadanlıqların istehsalı 41,4 faiz, kağız və karton istehsalı 34,2 faiz, geyim istehsalı 33,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,5 faiz, tikinti materiallarının istehsalı 26,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,1 faiz, tütün məmulatlarının istehsalı 18,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,2 faiz, poliqrafiya məhsullarının istehsalı 9,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 6,1 faiz, hazır metal məmulatlarının istehsalı 1,2 faiz artmış, qida məhsullarının istehsalı 1,3 faiz, neft məhsullarının istehsalı 2,2 faiz, elektrik avadanlıqlarının istehsalı 2,4 faiz, içkilərin istehsalı 9,0 faiz, mebel istehsalı 24,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 39,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,5 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















