Azərbaycan Kanadaya cavab verdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Kanada Xarici İşlər nazirinin 11 noyabr 2020-ci il tarixli bəyanatına dair açıqlama yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən daxil olan açıqlamada deyilir:
“Kanada Xarici İşlər nazirinin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı verdiyi, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanat təəssüf doğurur.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalını və yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını qınayan, bu illər ərzində aparılan danışıqlar prosesinə töhfə verəcək və BMT TŞ-nin müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Kanada Xarici İşlər naziri görünür indi münaqişə ilə məşğul olmağa başlayıb.
Xatırladırıq ki, Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması və tam atəşkəsin elan olunması ilə bağlı birgə bəyanat 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanıb. BMT TŞ qətnamələrinə əsaslanan bu razılaşma hazırda həyata keçirilməkdədir.
Heç bir dövlət, xüsusilə də ərazidən çox uzaqda yerləşənlər, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz.
Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüquq prinsiplərinin və BMT TŞ qətnamələrinin tələblərinə uyğun davranmalı və bu ruhda bəyanatlarla çıxış etməlidir. Bunun əksi münaqişənin siyasi həllinə və beləliklə də bölgədə sülhün bərqərar olmasına zərər verməkdən başqa bir şey deyildir”.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat sonra
-
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















